«Mən katolik kimi tərbiyə almışam, sonra Yeliskopal kilsəsinə keçmişəm, ardınca görmüşəm ki, mənim ailəmdə yəhudilik inamı da var. mən həmrəylik baxımından İslamı qəbul etməyə hazıram. Xoş gəlmisiniz, qaçqınlar», - VAXT.AZ xarici mediaya istinadən bildirir ki, xanım Olbrayt özünün «Twitter» səhifəsində yazıb.
O, qeyd edib ki, Amerika istənilən dinə sitayiş edən adamlar üçün açıq olmalıdır.
Tramp dünən miqrasiya siyasətinin və sərhəd nəzarətinin sərtləşdirilməsi haqda qanun imzalayıb.
Olbrayt 1937-ci ildə Praqada anadan olub. O, ABŞ-ın dövlət katibi postunu tutan ilk qadın olub və Dövlət Departamentinə Bill Klintonun prezidentliyi dövründə - 1997-ci ildən 2001-ci ilə qədər rəhbərlik edib.