Beləliklə, 1988-ci il, fevralın 29-u. Kreml. Siyası Büro Sumqayıtda baş vermiş və əsas təşkilatçıları ermənilər olan iğtişaşların ardınca Ermənistan SSR və Azərbaycan SSR-də baş verənlərlə bağlı vəziyyəti müzakirə etmək üçün aşağıdakı tərkibdə toplanır:
İclasa sədrlik edir yoldaş Qorbaçov M.S.
İştrak edirlər: Qromıko A.A, Liqaçev Y.K., Nikonov, Nikonov V.P., Slyunkov N.N., Solomentsev M.S., Çebrikov V.M., Şevardnadze E.A, Yakovlev A. N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A. P., Kapitonov İ.V. (Siyasi Büro üzvləri)
İclasın gündəliyindəki 1-ci məsələ. Azərbaycan və Ermənistan SSR-də baş verən hadisələrlə bağlı əlavə tədbirlərin görülməsi barədə.
Qorbaçov: Bizim gördüyümüz tədbirlər, o cümlədən birbaşa Ermənistan və Azərbaycana göndərilmiş müraciət öz rolunu oynayıb. İnsanlar müraciətə reaksiya veriblər. Onu əlavələr edildikdən sonra ora gecə şifrəli rabitə vasitəsilə göndəriblər, gündüz isə artıq müraciətlə işləməə başlayıblar. Son məqamda Yerevan küçələrində ən azı yarım milyon insan olub. Hər şey iflic edilib, hər şey dayanıb. İnsanları yaxın kəndlərdən də cəmləşdirməyə başlayıblar. Kalonlarla hərəkət ediblər.
Qromıko: (xarici işlər naziri) Son anda deyəndə yəni bu gün?
Qorbaçov: Yox, müraciədən əvvəl, cümə günü. İnsan kütləvi belə olub. Qarabağda azərbaycanlılarla ermənilər arasında toqquşmalar baş verib, iki nəfər həlak olub. İrəvan boyu bu məzmunda vərəqələr paylanıb: ermənilər, mitinq eləməyi dayandırın, silah götürün və türkləri əzin. Uzaq məsafədən ordu qərargahına pistoletdən atəş açıblar. Güllə qərargah rəisinin kabinetinin pəncərəsinə dəyib. Ancaq çərçivənin arasında ilişib qalıb. Vəziyyət bu cürdür. Biz bilirik ki, orada ekstremist elementlər var.
Lakin mən deməliyəm ki, Yerevanı küçələrində yarım milyon adam olsa da ermənilər arasında intizam yükdək olub, heç bir antisovet çıxışı edilməyib. Ayrı-ayrı qruplardan başqa kütlə bizim bayraqların, Siyasi Büro üzvlərinin portretləri arxasında yürüş edib. Yalnız ekstremistlər öz müqəddəratını təyin etmə barədə şüarlar ortaya atıblar. Lakin bütün çıxışlarda məsələ antisovet xarakteri almayıb, düşmənçilik çağırışlar və s. olmayıb. Kütlə bu cür saxlanılıb. Lakin yoldaşlar, bundan belə nəticə çıxır ki, bütün bunlar əvvəlcədə hazırlanıb: Elə-belə bu cür şüyləri təşkil etmək mümkün deyil. Mitinqçiləri əvəzləmək üçün növbələr qurulub, yemək daşınıb, bir-birlərini əvəz ediblər. Mənə bütün bunlar barədə Vlasov danışıb. Onlar məsələni öyrəniblər.
Bütün çıxışlarda mövzu Qarabağ, onun Ermənistana birləşdirilməsi olub. Danışıblar ki, bu məsələ Stalinin vaxtında düzgün həll edilməyib. Qərar xalqa məlum şərtlər daxilində zorla sırınıb, yəni bu məsələyə yenidən baxmaq və onu demokratiya, yenidənqurma çərçivəsində həll etmək lazımdır. Mənə Vlasov videolent təqdim edib, hansı ki, son üç gündə baş verən hadisələr gizli kamera ilə çəkilib və orada əks olunub. Mən bütün çıxışlara baxmışam, bütün o kütləni görmüşəm. Perspektivdə belə görünür ki, sanki bir milyon insan meydana toplaşıb. Onların arasında qocalar, gənclər var. Tanınmış adamlar çıxış ediblər, xalq artistləri, rəssamlar, ümumiyyətlə iri şəxsiyyətlər. Hamının diqqəti Dağlıq Qarabağ məsələsi ətrafında cəmlənib. Dağlıq Qarabağda erməni mədəniyyətinə hörmətsizlik barədə danışlıb, deyiblər ki, erməni muxtariyyətinin hüququ yoxdur, vətənlə əlaqə mövcud deyil və s. Bütün gərginliklər erməni tərəfindədir. Ona görə də biz Siyasi Büroda qəbul etdiyimiz qərarla açıq desəm Azərbaycanı saxlamışıq. Əgər biz bu qərarı qəbul eləməysik o zaman mənim daha sonra sizə deyəcəyim hadisələr baş verərdi.
Mən burada, Mərkəzi Komitədə Kaputikyan və Balayanla (bədnam erməni şairi, Qarabağ münaqişəsinin qızışdırılmasında əsas rol oynayanlardan biri Silva Kaputikyan və mənfur yazıçı Zori Balayan nəzərdə tutulur) görüşəndə, onlara dedim ki, Qarabağ məsələsinin bütün tarixçəsini bilirik. Bilirik ki, bu necə çətin məsələdir. Onun səbəbləri, kökləri xaricdədir. Tarixin, taleyin erməni xalqını ayrı-ayrı yerlərə səpələdiyini biz anlayırıq və başa düşürük. Şəxsən mən iki səbəb görürəm: bir tərəfdən Qarabağın özündə yol verilən çoxulu səhvlər və üstəgəl xalqın içərisindəki emosional başlanğıc. Bu xalqla bağlı baş verənlərin hamısı onların içərisində özünə yer edib, ona görə də indi belə reaksiyalar ortaya çıxır.
Məlum olur ki, Stepanaekrt vilayət komitəsinin katibi 14 il ərzində bir dəfə də olsun Ermənistanda olmayıb, baxmayaraq ki, Dağlıq Qarabağ özü erməni muxtariyyətidir. Başqa şeylər də sadalamaq olar. Hətta Ermənistna aparan yolu başlı-başına buraxıblar. Mədəni əlaqələr pozulub. Bunlar şüurlu şəkildə edilib. Türk televiziyasının verilişləri Dağlıq Qarabağda qəbul edilir, ancaq Ermənistan televiziyasının yox. Axı bütün bunlar insanların heysiyyatına toxunur.
Mən Viktor Mixayloviçdən soruşdum ki, sərhəd zolağı ilə bağlı nə tədbirlər görüldü? O mənə dedi ki, Naxçıvanda sərhədçilərin öz zolağı var, orada zastavalar və s. yerləşir. Sərhədyanı zonanın dərinliyini isə yerli orqanlar, indiki halda respublika orqanları müəyyənləşdirir. Və hansı qərar qəbul olunub? Bütün Naxçıvan sərhədyanı zona hesab edilib və ora sərbəst giriş qadağandır. Bəs orada soyqırım qurbanları dəfn olunublar, orada qəbirlər yerləşir, onlar nə olsun?. 90 erməni mədəniyyət abidəsi olub və indi cəmi biri salamat qalıb. Heç kimi buraxmırlar və bəhanə edirlər ki, ora sərhədyanı zonadır, deyirlər ki, ora gedən yol da 70 ildir təmir olunmur. Bilirsiniz də, bütün bunlar necə qarşılanır. Əlbətdə, bunlar insanların emosiyalarına toxunur.
Bu informasiyalar əlbətdə ki, tərəflərdən birindən gəlir. (erməni tərəfi nəzərdə tutulur - red) Lakin inandırıcı şeylər deyirlər. Hələ bu yaxınlarda mən Aleksandr Nikolayeviçə tapşırdım ki, mənim adımdan Kaputikyanla danışsın və onun nəzərinə çatdırsın ki, ayıqlıq nümayiş etdirsinlər. Öz təsirli sözlərini desinlər, hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısını alsınlar. O, Kaputikyanla danışıb. Söhbət uzun çəkib, telefonda ağlaşma, hıçqırıqlarla müşaiyət olunub. Ancaq buna baxmayaraq Kaputikyan vəd edib ki, bunu edəcək, xoşagəlməz prosesləri dayandıracaq, sonra məsələyə baxılacaq. Lakin bütün hallarda israr edib ki, biz azərbaycanlıların tərəfində dayanmışıq, deyib ki, onlar ekstremist deyillər, təhrikçilər deyillər. Biz dünən iclas eləyəndə o təyyarəyə oturub və Yerevana uçub. Orada onlar Balayanla birləşiblər, yazıçı, «Literaturnaya qazeta»nın müxbiri ilə. Milliyətçi şəxsdir, özü də qatı milllətçi. İstedadlı şəxsiyyətdir. 33 kitab yazıb. Ermənistanda çox məşhurdur, çox karyeristdir, özünəarxayındır.
Hələ Moskvada Kauptikyan onu özüylə dartıb gətirmişdi. Xahiş elədi ki, mən onları heç olmasa beş dəqiqləlik qəbul edib. Mən fikirləşdim ki, niyə boyun qaçırım, bütün vasitələrdən istifadə etmək lazımdır. Fikrimi dedim ki, bu görüşdən sonra onlara çətin olacaq, onları mənimlə bağlayacaqlar. Mən artıq sizə dedim ki, gecə hansı məktub göndərilib. Lenin də belə hərəkət edib, vəziyyət kritik olanda ya özü müraciət edib, ya teleqramlar göndərib. Və ən xoşagəlməz adamlarla da görüşüb. Kaputikyan orada Komitənin fəxri sədridir, nədir? Elədir? Görüşdüm. Mən dedim ki, Azərbaycan da gərgindir. Başa düşürsünüz, bunu dayandırmaq lazımdır. Axı orada insanlar gərgindir. O isə mənə deyir: azərbaycanlılar niyə gərgindir? Siz onların xeyrinə qərar vermisiniz. Mən deyirəm ki, yox, Sizinlə razı deyiləm. Biz Ermənistanın, Azərbaycanın və bütövlükdə ölkənin xeyrinə qərar vermişik. Söhbət çox çətin, emosional, gərgin keçdi. Kaputikyan dedi ki, insanlar Siyasi Büroya, bizə ümid edir. Dedim ki, sizi əmin edirəm, hər şey sakitləşəcək, hər şey öz yoluna qoyulacaq və siz deyəcəksiniz ki, Mixail Sergeyeviç, çox sağ olun ki, bu müraciəti qəbul etmisiniz. Əgər biz indi hərəkətə keçməsək, tədbir görməsək o biri tərəf də hərəkətə keçəcək. O zaman kim sitasiyaya nəzarəti ələ alacaq? O soruşdu ki, niyə komissiya yaratmırıq. Mən deyirəm ki, qulaq asın, nə komissiya yaranmalıdır? Bir halda ki, siz burada mənim qəbulumda oturmusunuz və məsələnin həlli ilə Siyasi Büro, hökumət məşğuldur.
Balayan isə, onun beyni sürətli işləyir, məndən soruşur ki, bəs biz qayıdıb insanlara nə deyək? Mən ona cavab verdim ki, bunu demək lazımdır: biz, Mərkəzi Komitəsi, Siyasi Büro, Hökumətin ermənilərdən heç bir incikliyi yoxdur. Deyin ki, Mərkəzi Komitə məsələni diqqətdə saxlayacaq, Dağlıq Qarabağda meydana çıxan və həllini gözləyən problemlər həll olunacaq. Balayan dərhal deyir: əgər Siyasi Büro bu məsələ ilə məşğul olacaqsa komissiya da bax elə buna görə lazımdır. Demək lazımdır ki, onların bura nə üçün can atdıqlarının səbəbi əvvəlcədən məlum idi. Onlar özlərinə avtoritet yığırdılar. Onlara öz nüfuzlarını möhkəmləndirmək lazımdır. Açıq deməliyəm ki, biz də onlarla görüşdən yayınmalı deyildik. Çünki bunlar iri ziyalı nümayəndələrdir, hansı ki, xalq onları eşidir. Yeri gəlmişkən, hər ikisi kommunistdir. Beləliklə, erməni qanadını açıq desək, saxlamaq, sakitləşdirmək lazım idi. İmkan vermək olmazdı ki, bütün ermənilər bu hərəkata qoşulsun. Bu müraciətə necə reaksiya verdilər? Deməliyəm ki, tələb olunduğu kimi yox. Oxuyublar, çıxış ediblər, müxtəlif reaksiyalar olub. Mən lentə baxanda diqqət yetirdim ki, biri çıxıb çıxış edir: «İttiafq radiosu və televiziyası həqiqətləri göstərmək əvəzində bizi təxribatçılar adlandırır» və s. Yeri gəlmişkən, mən Kaputikyanla söhbətdə dedim: bizim bəyanatda erməni xalqı təhrikçi adlandırılmır. Biz deyirik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisinin bir hissəsi təhrikçilərin arxasınca gediblər. Bax söhbət bundan gedir. Biz bunları qarışdırmırıq və bizim erməni xalqına münasibətimiz dəyişməyib.
Müraciəti oxuyandan sonra Yerevanda insanlar dəstə halında toplaşaraq onu müzakirə elədilər, göründü ki, rəhbərlik lazım olan anda öz sözünü deyir. Şənbə günü artıq tətil dayanıb, işə çıxıblar. Erməni radiosu xəbər verib ki, əməkçilər buraxılmış iş günlərinin əvəzini də işləyəcəklər. Lakin Ermənistandan azərbaycanlı ailələrin qaçması halları var. Doğrudur, rəqəmlər ziddiyətlidir. Vladimir İvanoviç (SSRİ Nazirlər Kabinetinin sədri Vladimir Rıjkov nəzərdə tutulur - red.) məruzə edib ki, cəmi 55 nəfər qaçıb. Razumovski isə deyir ki, 200. Azərbaycandakı ermənilərə gəldikdə isə qisaslardan qorxan 200 ailəni məktəbdə yerləşdiriblər, daha 500-ə yaxın ailə isə toplanır.
Razumov. (Sov.İKP MK-nın partiya-təşkilat işləri üzrə şöbəsinin müdir müavini) Azərbaycanlı Ermənistandan çıxanda demir ki, qaçır, deyir ki, guya qonaq gedir. Ona görə də hesablamanı Azərbaycanla aparmaq lazımdır. Onlar ora gedirlər və birbaşa deyirlər ki, bir daha Ermənistana qayıtmayacaq.
Qorbaçov: İndi isə Dağlıq Qarabağın özündəki hadisələr barədə. Orada vilayət partiya komitəsinin yeni birinci katibini seçiblər. O, işə ciddi başlayıb, ətrafındakıları qatıb-qarışdırır (1989-cu il fevralın 23-də Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin plenumu Boris Gevorkovu Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edib, həmin vəzifəyə qatı millətçi Henrix Poğosyanı seçib. Qorbaçov da onu nəzərdə tutur - müəl.). O, görünür real avtoritet olub və buna görə də onun təyinatı məsələsi ortaya çıxanda Yeqor Kuzmiç (Liqaçev) mənə bu barədə zəng edəndə, mən dedim ki, belə vəziyyətdə elə adamları irəli sürmək lazımdır ki, doğrudan da real avtoritet sahibi olsun. O, vilayət partiya komitəsinin üzvü, vilayət icraiyyə komitəsinin sədr müavini, «aqroprom»un sədri olub. Razumovski ona deyəndə ki, bu işi üzərinə götürsün, biz dəstək verəcəyik, problemlər var və onları həll etmək lazımdır, o heç də bizim ağuşumuza atılmadı. Ancaq razılaşdı, dedi ki, bir halda Mərkəzi Komitə dəstək verəcək, o zaman işləyə bilər, çünki çoxlu yığılıb qalmış problem var. Onu seçdilər və dərhal vəziyyətdə dəyişiklik başladı. Lakin mürəkkəblik qalır. Ermənistandan zəng edirlər (yəni Stepanakertə): siz orada nə edirsiniz! Axı sizə görə bütün Ermənistanı ayağa qaldırmışıq!
Çebrikov: kolxozlardan Stepanakertə adamlar gedir.
Qorbaçov: Bu gün Aleksandr Vladimiroviç mənə danışdı. Stepanakertdə kabab bişirirlər, orada tonqallar yanır. Ümumən qayda pozuntusu yoxdur, ancaq adamlar meydandan çəkilmir. Beş yüz, yaxud min adam olar.
Vlasov: (SSRİ daxili işlər naziri) Mindən çoxdur.
Qorbaçov: mindən çox. Bax, o cür orada qalırlar ki, «tonqallar sönməsin». Yəni orada baş verənlər açıq-aydın Ermənistandan gələn təlimatlar və əlaqələrlə tənzimlənir. Ancaq indi Azərbaycanda da reaksiya verməyə başlayıblar. Birincisi, orada, Ermənistanda ölüm halları olub. Azərbaycanlılar Ermənistandan qaçmağa başlayıblar, qisaslardan qorxublar və deyirlər ki, onlara Ermənistanda yaşamağa imkan vermirlər. Bu da təkan rolunu oynayıb. Üstəgəl, Stepanakert sakitləşmir. Azərbaycanda da hərəkat başlayıb. Mənə elə gəlir ki, bu hərəkat da nizamlanır, idarə olunur. Xüsusən bu özünü Naxçıvanda açıq büruzə verib. Orada da insan kütləsi toplaşıb, ancaq partiya katibi gəlib, çıxış edib və 30 dəqiqədən sonra hamı dağılışıb. İndi Dmitri Timofeyeviç (SSRİ müdafiə naziri D.T.Yazov nəzərdə tutulur) Sumqayıtdan generallardan birinin göndərdiyi məruzə barədə mənə məlumat verdi. Hərbçilər orada baş verənlər barədə bu cür mənzərə cızırlar: gənclər özbaşınalıq edir, onları dağıdıblar, lakin böyük olmayan qruplarda birləşərək iğtişaşlar törədiblər, avtobusları aşırıblar, qətllər törədiblər, artıq 14 nəfər ölü var. Xeyli adam xəstəxanalardadır.
Çebrikov: 110 yaralı var.
Qorbaçov: orada quldur elementlər baş qaldırıb, onların arasında residivistlər də var. Bütün köpük üzə vurub, Sumqayıt milisi isə dayanır və heç nə eləmir. Deməli, bu aksiya ermənilərə cavab olaraq hazırlanıb ki, onlara «kəskin cavab» verilsin. Ümumiyyətlə desək, əgər biz tədbir görməsək, istənilən an qırğın ola bilər. Dünən axşam Viktor Mixayloviç (Çebrikov) mənə zəng etdi və xəbər verdi ki, mitinqlər dayandırılıb, hər şey başa çatıb. Ancaq əslində nə baş verdi? Mitinqdən doğrudan da dağılışıblar, lakin azsaylı qruplarda, 10-15-20 nəfər, maksimum 50-100 nəfər olmaqla birləşiblər və gediblər iğtişaş törətməyə, zorlamağa, yanğın törətməyə, erməni ailələrinin evlərindən mebelləri küçəyə atmağa. Son məlumatlar hansıdır?
Vlasov: 14 ölü, o cümlədən 3 qadın, ölənlərdən 3-ü azərbaycanlı, 6-sı ermənidir, qalanlarının kimliyi müəyyənləşdirilir. 71 nəfər, o cümlədən 48 erməni xəsarət alıb. 6 avtomobil yandırılıb, 13 evdə yanğın törədilib, Siyasi Tədbirlər Evi yandırılıb, avtovağzala od vurulub. 4 zorlama faktı qeydə alınıb. 54 milis əməkdaşı xəsarət alıb, 47 nəfər saxlanılıb, o cümlədən 5 soyğunçu.
Qorbaçov: Saxlanılanlardan ikisi etiraf edib ki, biri beş nəfəri, digəri üç nəfəri öldürüb. Soyğunçulardan qızıl, qiymətli əşyalar götürüblər. Dmitri Timofeyeviç tapşırıq verib ki, Sumqayıta təcili olaraq hərbi məktəbin kursantları və digər hərbçilər yeridilsin. O, həmçinin Sumqayıta təyyarələrlə 3 minlik milis qüvvəsinin göndərilməsinə kömək edib. Qüvvələri hərəkətə gətiriblər və beş saat ərzində hər şeyin qarşısını alıblar. Mən Razumovskiyə dedim: bütün bunlar düzgündür, ancaq gəlin Alma-Atada elədiklərimizi orada da tətbiq edək, yəni qayda-qanun yaratmağa mülki şəxsləri, xüsusən fəhlə sinfini də cəlb edək. Ora Bobkov və müavini Razumovski gediblər ki, bütün bu işləri yerində təşkil etsinlər.
Çebrikov: şəhər qaynayır.
Qorbaçov: bəli, bəli. Qaynayır, çaxnaşır. İndi deyirlər ki, onlar uzaqlara gediblər, şəhərin ətraflarında həmin şeyləri törədirlər. Ona görə də əvvəl verilmiş komandalar qüvvəsində qalmalıdır. Qoy Daxili İşlər Nazirliyi hərəkət etsin, əgər nəsə əlavə etmək lazım olsa qoy əlavə etsinlər, ancaq situasiyaya nəzarəti ələ almaq lazımdır. Ona görə ki, gördüyünüz kimi təkcə bir gecədə 14 ölü var. Bunun xəbəri Ermənistana gedib çatacaq, dəfnlər başlayacaq. Və oradan reaksiyalar gələ bilər. Situasiya belədir.
Vlasov: Sumqayıtda 200 min əhali var.
Qorbaçov: 200 min. Özü də orta yaş həddi ya 22, ya 24-dür.
Vlasov: 25 yaş.
Qorbaçov: 25 yaş. Gənc şəhərdir. Ancaq xalqın arasında hər cür adam var, deyirlər orada həbsdə olanlar çoxdur.
Vlasov: Hər beş nəfərdən birinin məhkumluğu var.
Qorbaçov: yəqin şəhəri məhbuslar tikib, sonra onları azad ediblər və orada yerləşiblər. Deyilənə görə, bu cür təcrübə bizdə olub axı. Qısa desək indi Ermənistanı saxlamaq lazımdır ki, reaksiya verməsin. Biz hesab edirdik ki, bazar ertəsi Azərbaycana və Ermənistana göndərilmiş yoldaşlar qayıda bilərlər və cümə axşamı biz artıq fikir mübadiləsi edə biləcəyik. Ancaq mən bu fikirdəyəm ki, onlar hələ orada qalsalar yaxşıdır, qoy işləri davam etdirsinlər, səyləri gücləndirsinlər. Budur, Ermənistanda da işlər bu müstəviyə keçib, yəqin hər yerdə, harada ki, sərhəd var orada bu hallar davam edəcək. İndi xalqı və ictimaiyyəti işə qoşmaq lazımdır. İnformasiyalar lazımdır, onu isə əldə etmək çətindir, ya bu, ya o biri tərəf gizlədir. Hər şey bir-birinə bağlıdır. Orqanlar fəaliyyət göstərmirlər, bura Azərbaycan KP MK-dan və Ermənistan KP MK-dan yoldaşlar da daxildir. Onları hamı tanıyır.
Qromıko: (Andrey Qromıko - SSRİ-nin keçmiş xarici işlər naziri, Siyasi Büro üzvü) Ümumən götürsək, tam gücləri ilə işləmirlər.
Qorbaçov: yox. Tam gücləri ilə işləyirlər, ancaq o biri tərəfə. Kütlənin əhvali-ruhiyyəsinə köklənirlər, onların əsirinə çevrilirlər, axı onlara geri çəkilmək çətindir.
Ermənistan KP MK-nın plenumu bizim müraciətimizi dəstəkləyib, lakin komissiyanın yaradılması barədə qeyd də əlavə edib. Onlar indi xeyli uzağa gediblər və xalq qarşısında məqsədli şəkildə baş verənləri yozurlar. Bu, faktdır. Anaq biz bunu başa düşməliyik və imkan verməliyik ki, onlar geri çəkilsinlər, öz mövqelərinə yenidən baxsınlar, eyni zamanda situasiyaya nəzarəti saxlasınlar. Mən özüm bu söhbət üçün sizi bura toplamışam ki, hamı kursda olsun. Fikrimcə, bizim yoldaşlar qoy işləsinlər, digər yerli orqanları da işə cəlb etsinlər. Birincisi, əsas odur ki, xalqı vəziyyətin normallaşdırılması proseslərinə güclü şəkildə qoşmaq lazımdır. Əks halda, baş verənlərin qarşısını almaq üçün daha böyük qüvvə lazım gələcək. İkincisi, yəqin ki, bizim yoldaşlar qayıdanda xüsusi olaraq bu məsələyə baxmaq lazım olacaq. O zaman tam informasiya əldə edə biləcəyik. Bu, imkan verəcək ki, daha konkret tapşırıqlar verə bilək. Ümumiyyətlə, situasiya dəyişkəndir, səbəblər öz-özlüyündə aydındır, ancaq daha dərindən öyrənilməsi üçün konkretlik tələb edir. Bütün bunları diqqətdən kənarda qoymaq olmaz, çünki həmin respublikalar arasında qarşılıqlı münasibətlərdə baş verənlər bir çox məsələlərə təsir edə bilər. Bu cür çatlar hər yerdə başlayıb, əgər onları dayandırmasaq, o zaman bütün ölkədə qarışıqlıq olacaq, qırğınlar başlayacaq. Ona görə də bizim hazırkı mövqeyimiz düzgündür. Mənim buna heç bir şübhəm yoxdur.
Üçüncüsü, görün nə baş verir: heç vaxt bu respublikaların, yəni Ermənistan və Azərbaycanın rəhbərlərindən heç biri bir-birilərinə qonaq getməyib, yubileylərdən başqa heç kim qonşu respublikaya getmir, görüşmür, fikir mübadiləsi etmir. O zaman hansı dostluq əlaqələrindən, beynəlmiləlçilikdən söhbət gedə bilər? Bu, heyrətamizdir. Üstəlik, belə əlaqələr nəinki həvəsləndirilmir, əksinə, Azərbaycandan kimsə Ermənistana, yaxud Ermənistandan kimsə Azərbaycana getmək istəsə ona şübhəylə baxırlar.
Qorbaçov: Vladimir İvanoviç dünən Vazgenlə söhbət edib. (Erməni katolikosu nəzərdə tutulur) O, antisovetizmə yol verilməməsi üçün bütün nüfuzundan istifadə edəcəyinə vəd verib. Deyib ki, ona xaricdən çoxlu zənglər olur. Onun sözlərinə görə, Vazgen bu zənglərə belə cavab verib: bu işlərə qarışmayın, heç bir antisovet çıxışları olmalı deyil, yalnız burada, Sovet İttifaqı çərçivəsində erməni xalqı inkişaf edir. Bununla bərabər o deyib ki, real problemlər var və hadisələr boş yerdən başlamayıb. Bu zaman Vazgen öz təcrübəsindən bir nümunə göstərib. Deyib ki, budur, o, Bakıda Əliyevin qəbulunda olub. (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev nəzərdə tutulur). Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 mindən çox erməni yaşayır. Vazgen xahiş edib ki, bu kilsədə dua mərasimi təşkil etsin. Ancaq budur, 12 ildir dəvət gözləyir, hələ də dəvət almayıb. Deməli, o, Bakıda arzuolunmaz fiqurdur, istəmirlər ki, o orada görünsün. Bütün bunlar isə ermənilərin heysiyyətini toxunur, onları qızışdırır.
Başa düşürsünüz, heç bir təmas yoxdur! Və bu o zaman baş verir ki, xalq danışmağa başlayıb, mikrofon əldə edib. Qoy insanlar xalq səviyyəsində görsünlər ki, biz belə işləyirik, onlarla millətin nümayəndələri. Qoy bunu bütün qüvvələr izləsin, hər şeydən əvvəl ziyalılar. Lakin elə real faktlar var ki, həmin ziyalılar onlara hədəflənməlidir. Bununla belə, hesab edirəm ki, həmin faktları araşdırmaq üçün (Qarabağda ermənilərin hüquqlarının pozulması barədə iddialar nəzərdə tutulur) ayrıca komissiya yaratmağa lüzum yoxdur, Sov.İKP MK Katibliyi, Rəyasət Heyətinin nümayəndələri və digər orqanlar araşdırsalar bəs edər. Bura rus mədəniyyətinin tanınmış təmsilçilərini də qoşmaq lazımdır ki, onlar Ermənistanda və Azərbaycanda olsunlar. Bilirsiniz, bu barışdırıcı təsir göstərir. Və belə görünür ki, bir tərəfdən də sosial-iqtisadi məsələləri həll etmək lazımdır. Digər tərəfdən onları birlikdə burada, Mərkəzi Komitədə «oturtmaq» lazımdır. Qoy onlar bir-birilərinə gedib-gəlsinlər. Xalqlar arasında mədəni, insani təmasların yeni formalarını fikirləşmək olar. Ümumiyyətlə, bayaq dediyim kimi, Ermənistanla Azərbaycan arasında bu cür get-gəllər ancaq yubileylərdə olur, respublikalar arasında canlı əlaqə kifayət etmir. Bu, artıq dərin məsələdir.
Yazov: Georgi Petroviç xahiş edir ki, axşam Sumqayıtda komendant saatı tətbiq edək. Bu isə o deməkdir ki, qoşun yeritmək, yaxud hansısa hərbi hissəni orada yerləşdirmək lazımdır, əsgərləri silahlandırmaq lazımdır, ancaq onun üçün yox ki, atəş açsınlar. Bir halda ki, komendant saatı tətbiq edilməlidir, deməli, hər şeyi etmək lazımdır.
Qorbaçov: Bəs komendant saatı lazımdır?
Yazov: Mən hesab edirəm ki, lazımdır.
Qorbaçov: Silahı hazır saxlamaq lazımdır, ancaq atəş açmaq olmaz. Yoxsa başlayacaqlar o yolunu azmışları güllələməyə.
Yazov: Patronlarsız silah verəcəyik, sonra patronlarla təchiz edilmiş ayrıca zirehli transportyor olacaq. Bunları edirik, təşkil edirik...
Qorbaçov: Patronlar ayrı olsun.
Yazov: Əgər icazə versəniz mən müvafiq əmr verərdim.
Siyasi Büro üzvləri: razıyıq.
Qorbaçov: Mən hesab edirəm ki, bütün bunları etmək lazımdır ki, özbaşınalığın qarşısı alınsın. İrəlidə konfrans var. Konfransla bağlı materiallar mənə bir-birinin ardınca gəlir. Bu məsələ əlbəttə ki, dərindən araşdırma tələb edir. Hətta keçmişin təcrübəsinə qayıtmaq olar. O zaman belə görünür ki, daha maraqlı şeylər varmış. Hətta kənd sovetləri beynəlmiləl tərkibdə olub.
Katibliyə tapşırıq yazaq ki, Ermənistanda bu hadisələrin nədən başladığını araşdırsın. Sakit şəkildə araşdırmaq lazımdır, özü də onların özlərinin, o cümlədə ziyalılarının iştirakı ilə. Tanınmış adamlardan ibarət komissiya yaratmaq lazımdır. Ora alimlər, ziyalılar da daxil edilməlidir, təkcə partiya işçiləri yox. Partiya işçilərinin başı fakt toplamağa daha çox qarışıb, müsbət, yaxud mənfi. Orada daha demokratik komissiya yaratmaq, rəhbərliyinə nüfuzlu adam qoymaq lazımdır ki, getsin, danışsın.
Qromıko: O zaman yəqin ki, komissiyadan yox, nümayəndə heyətindən söhbət gedə bilər. Çünki Ermənistanda bunu komissiya ilə qarışdırmasınlar, hansı ki, yaradılmasını israr edirlər.
Qorbaçov: Bəli. Qoy katiblik müvafiq formanı tapsın, materialları tələb etsin, statistikanı alsın, səfərlər, fikir mübadiləsi təşkil etsin. Artıq hazırlıq işlərinin başlaması ermənilərlə azərbaycanlılar arasında yaxınlaşmaya xidmət etməlidir. Biz digər iş metodlarını da mənimsəməliyik, çünki bu incə məsələdir. Onlar orada başlasalar-mən kobud ifadə işlətməli oluram -bir-birləri ilə «it kimi» davranmağa, Deməli, bunu dayandırmaq lazımdır. İnandırmaq gərəkdir ki, əsas məsələ bu deyil, əsas məsələ odur ki, onlar qonşudurlar, əsrlərlə birgə yaşayıblar. Hansısa ideya ilə məşğul olanda o zaman bütün incəliklər üzə çıxır. Bir azərbaycanlı bəstəkar deyir: Şuşa mənimdir. O, orada, Qarabağda doğulub və deyir ki, Şuşa Şərq mədəniyyətinin mərkəzidir və s. Sən onu bundan necə ayıra bilərsən axı? Ermənistanda isə ancaq bir şey deyirlər - «bizimdir». Bunu ayırmaq olmaz, əsrlərlə hamı birgə olub.
Azərbaycanda erməni muxtariyyətinin mövcudluğu da bununla bağlıdır. Ancaq lazımdır ki, bu muxtariyyət doğrudan da mövcud olsun və bütün imkanlarından istifadə etsin. Məsələnin həllini də bax burada axtarmaq lazımdır. Ancaq bizim köməyimiz, müdaxiləmiz olmadan. Yoxsa onlar qızışacaq. Bu, situasiyanın tamamlanması ilə bağlı atılmalı olan ilk addımdır. İkincisi, dünən bizim söhbətimiz oldu. Ola bilsin, milli məsələlər üzrə partiya konfransını və plenumu gözləmədən, ehtiraslar sakitləşəndə müşavirə toplayaq və işçi söhbət aparaq. Çünki həmin konfrans ilin sonlarından tez keçirilməyəcək. Həmin müşavirəyə birinci katibləri, Ali Sovetlərin Rəyasət Heyətlərini, vilayət icraiyyə komitələrinin sədrlərini toplamaq olar. Bu zaman bürokratik çərçivə ilə məhdudlaşmayıb ziyalıların nümayəndələrini də dəvət edə bilərik ki, inandırıcı söhbət olsun.
Qromıko: Ümumittifaq müşavirəsi formasında.
Qorbaçov: Bəli, Mərkəzi Komitədə ümumittifaq müşavirəsi, ancaq rəhbər orqanların təmsilçilərinin və bizim respublikaların ziyalı nümayəndələrinin iştirakı ilə. Şərait yaratmaq lazımdır ki, onlar da çıxış etsinlər: həm yazıçılar, həm alimlər. Bu müşavirənin bürokratik olmaması lazımdır. Yoldaşlar, yəqin ki, biz bu cür müzakirəsiz keçinə bilməyəcəyik.
Qromıko: Mən bu müşavirənin təşkili barədə fikirləşərəm. Siz tamamilə doğru dediniz. Bayaq Leninin belə vəziyyətlərdə necə hərəkət etdiyi barədə misal gətirdiniz. O hesab edirdi ki, hər halda orada problemlər var. Demirdi ki, siz haqlısınız, siz isə haqlı deyilsiniz. Görünür o vaxt o bununla məşğul olmaq iqtidarında deyildi. Ona görə də hansısa məsələlər var.
Qorbaçov: Biz indi sizinlə onu bilirik ki, həmin vaxtlarda Lenin xəstəliyi ilə bağlı ümumiyyətlə işlərdən kənara çəkilmişdi. Lakin indi biz mövcud reallıqlardan çıxış etməliyik.
Qromıko: Mənə elə gəlir ki, bu düzgün ideyadır, hadisələrin səbəblərini dərindən araşdırmaq, qruplar göndərmək, nümayəndə heyətləri təşkil etmək və Sizin dediyiniz həmin istiqamətlərdə işlər aparmaq lazımdır. Ancaq neqativ münasibət yaramayacaq. Yalnız sıxışdırmaqla olmaz. Bu respublikaların rəhbərləri heç də hadisələrin yüksəkliyində dayanmayıblar. Onların bu hadisələrdə əli nə dərəcədədir? Hesab olunur ki, əhəmiyyətli dərəcədə.
Qorbaçov: Yeri gəlmişkən, Yeqor Kuzmiç Liqaçev və Yakovlev Aleksandr Nikolayeviç bilir ki, mən Kaputikyan və Balayanla söhbət edəndə (Zori Balayan və Silva Kaputikyan) bu məsələ qalxdı. Onlar dedilər ki, Mixail Sergeyeviç, bizə Dəmirçyanı azad etmək istədikləri barədə şayiələr gəlib çatır (Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyan nəzərdə tutulur - red.). Mən cavab verdim: bunlar şayiələrdir və mən təsdiq edə bilmərəm. Balayan dərhal söhbətə qarışdı və dedi: əgər bunu indi, bu hadisələrin ardınca etsəniz, o zaman biz Dəmirçyandan əzabkeş-qəhrəman düzəldəcəyik. Buna isə yol vermək olmaz. Ancaq onların hər ikisi Dəmirçyana qarşı tənqidi mövqedə idi. Deyirlər ki, vaxtilə o işləyib və çox iş görüb. Lakin son vaxtlar barədə bunu demək olmaz. Mən bəyan etdim ki, biz indi onu işdən azad etməyə hazırlaşmırıq. Mən bunu deyəndə Balayan dərhal cavab verdi: ancaq bu məsələnin həllini də uzatmaq olmaz. Çox tez-tez Əliyevin (Heydər Əliyev nəzərdə tutulur - red.) familiyası bu situasiyalarda hallanır, onun Qarabağda verdiyi «Qarabağ həmişə azərbaycanlıların olub və olacaq» bəyanatı təkrarlanır. Biz də öz qərarımızla bunu təsdiq edirik, ancaq bu cür axmaqcasına, təxribatçı formada yox.
Qromıko: Rəhbərlik bu cür vəziyyətə necə yol verə bilər axı?
Qorbaçov: Yeqor Kuzmiç, briqda formalaşdırmaq, adamlar göndərmək lazımdır. Sonra onlarla görüşmək, söhbət etmək, məsələni analiz etmək və tapşırıqlar vermək olar. Deyirlər ki, bura, bizə Qarabağ məsələsi ilə bağlı çoxlu məktublar, müraciətlər göndərilib. Bəs onlar harada yığılıb qalıb? Deyirlər ki, onlara heç kim reaksiya vermir, ona görə də küçələrə çıxmağa məcbur olublar ki, reaksiya versinlər.
Liqaçev: Mən Dəmirçyanla bağlı xeyli məktub oxumuşam. Onun barəsində yaxşı təsəvvür yaranmır.
Qorbaçov: Qarabağ mövzusunda?
Liqaçev: Yox, bu mövzuda mən oxumamışam. Biz Dəmirçyan barədə razılaşmışdıq, faktiki olaraq ilkin qərar vermişdik...
Qorbaçov: Bunu son illərə görə araşdırmaq lazımdır. İndi aydındır ki, belə hadisələr baş verib, bəs ondan əvvələ qədər nələr olub?
Liqaçev: Azərbaycan və Ermənistan üzrə, elədir?
Qorbaçov: bəli. Təxminən bu hadisələrdən iki, ya üç il əvvələ qədər, qoy olsun üç il əvvəl. Apreldən sonra.
Liqaçev: Dağlıq Qarabağ barədə?
Qorbaçov: Dağlıq Qarabağ barədə. Və Rəyasət Heyətində, hökumətdə araşdırmaq, hər yerdə yoxlamaq lazımdır. Viktor Mixayloviç, Siz özünüzdə də araşdırın. Ona görə ki, ermənilər şikayətlənir, deyirlər ki, onların müraciətlərinə heç kim cavab vermir. Ancaq bu belədir ya yox, mən bilmirəm, çünki mənə bu müraciətlər gəlib çatmayıb, mən oxumamışam.
Liqaçev: Mən də oxumamışam.
Qorbaçov: Oxumamısan? Bəlkə bizə məruzə etmirlər?
Liqaçev: Baxmayaraq ki, mən xülasələri tez-tez oxuyuram. Dəmirçyanla bağlı çox məktub olub.
Qorbaçov: Dəmirçyanla bağlı, bəli. Yeqor Kuzmiç, o zaman ola bilsin biz əmək bölgüsü apardıq. Bu məsələnin araşdırılması sənin üzərinə düşəcək, bütün səbəbləri üzə çıxarmaq lazımdır. Mən özüm də iştirak etməyə hazıram, onda müəyyən edərik ki, ora kimləri göndərək, rəhbərliyinə kimi qoyaq. Ancaq fikir adamlarını, sanballı adamları toplamaq lazımdır. Aleksandr Nikolayeviç, sənə bu müşavirə barədə materialları hazırlamaq tapşırılır. Razumovskiyə, Lukyanova da tapşırılır. Gəlin o zaman bununla məşğul olaq.
Yazov: Ancaq, Mixail Sergeyeviç, Sumqayıtda əgər istəyirsinizsə, hərbi vəziyyət elan etmək lazımdır.
Qorbaçov: Komendant saatı.
Yazov: Bu xətti sərt şəkildə davam etdirmək lazımdır, Mixail Sergeyeviç, nə qədər ki, məsələ dərinə getməyib. Qoşun yeritmək və qayda-qanun yaratmaq lazımdır. Ora hər halda təcrid olunub, Ermənistan deyil, hansı ki, milyonlarla adam toplaşıb. Yeri gəlmişkən, bu digərlərinə də, yəqin ki, ayıldıcı təsir göstərər.
Qorbaçov: Aleksandr Vladimiroviç və Dmitri Timofeyeviç, siz bu situasiyanın Bakıda və Leninakanda və həmin şəhərdə ki, erməni rayonu var...
Vlasov: (SSRİ daxili işlər naziri - red.) Kirovabad.
Qorbaçov: Kirovabad.
Vlasov: Bir az şüşələri sındırıblar, vəssalam.
Qorbaçov: Nəzərə almaq lazımdır ki, hələ Sumqayıtda nə baş verdiyini bilmirlər, bu barədə eşitsələr, hadisələr qar topası kimi böyüyəcək.
Şevardnadze: Bunlar bir-birləri ilə bağlı damarlardır. Əgər Ermənistanda bu qurbanlar barədə bilsələr, orada da vəziyyət mürəkkəbləşə bilər.
Yakovlev: Tezliklə bəyan etmək lazımdır ki, Sumqayıtda baş verənlərlə bağlı cinayət işi qaldırılıb, cinayətkarlar həbs olunub. Bu, ehtirasları soyutmaq üçün lazımdır. Sumqayıtın özündə şəhər qəzeti bu barədə qəti və təcili şəkildə bildirməlidir.
Qorbaçov: əsas məsələ odur ki, indi dərhal fəhlə sinfini, «drujinnikləri», insanları ictimai asayişi pozanlara qarşı mübarizəyə cəlb etmək lazımdır. Mən sizə deyirəm ki, bu, bütün xuliqan və ekstremist elementlərin qarşısını alır. Alma-Atada olduğu kimi. Bu, çox mühümdür. Hərbçilər qıcıq yaradır.
Solomentsev: Mixail Sergeyeviç, bir cərgə hərbçi, arxasında iki-üç cərgə fəhlə sinfi dayananda reaksiya başqa olur. Alma-Atada ekstremistləri və xuliqanları fəhlə dəstələri saxladı. Mən Sizin tapşırığınızla gecə yarısı Alma-Ataya uçanda gecə saat 3-də respublika fəallarını topladıq, səhər saat beşdə isə fəhlə dəstələri formalaşdırdıq və onlar həmin millətçiləri yaxaladılar.
Qorbaçov: Bu barədə mən dünən, hərbçilərin göndərilməsi ilə bağlı məsələni həll edəndə Viktor Mixayloviçin zəngindən sonra danışdım. Sonra mən yoldaş Razumovskini iki dəfə yanıma çağırdım və bir daha onun diqqətinə çatdırdım: xalqı qaldırmaq lazımdır, xalqı. Xüsusən görürsünüz də nə baş verir? Milis dayanıb baxır, ictimai asayişi pozanlar isə onun arxasında gizlənir. Xalqı başa salmaq lazımdır ki, işlər hansı məcraya yönəlir.
Razumov: Alma-Atada hər şeyi fəhlə sinfi həll etdi, orada başqa vəziyyət idi, kütləni fəhlə dəstələri saxladı, əsasən də ruslar.
Qorbaçov: Qoşunlarla bağlı, Daxili İşlər Nazirliyinin qüvvələri ilə bağlı verilən qərarlar qüvvəsində qalır. Kirovabadda da ancaq paraşütçülər olublar və hamısı gediblər. Sonra paraşütçülər, bir qayda olaraq ruslardır.
Yazov: Bu mənbələri kombinə etmək və ən azından bir paraşüt, yaxud desant batalyonu yeritmək lazımdır. Həmçinin Stepanakertə bir batalyon milis yeridilməlidir ki, oradakı mitinqlər dayandırılsın. Meydanda olan həmin 500 adam generator rolunu oynayır, əhval-ruhiyyəni qızışdırır.
Qorbaçov: Mənim xahişim budur: Razumovski ilə, Bağırovla, Poqosyanla danışmaq lazımdır (Azərbaycan KP MK-nın keçmiş birinci katibi Kamran Bağırov və DQMV partiya təşkilatının katibi Henrik Poqosyan nəzərdə tutulur - red.). Onların mövqeyini bilmək lazımdır. Dünən Viktor Mixayloviçin də, Razumovskinin də mövqeyi belə idi. Orada hər şey düzgün edilməlidir: və vaxt itirmək, əks nəticə əldə etmək olmaz. Poqosyan xahiş edib ki, buradan Razumovski getsin. Mən hiss edirəm ki, impulslar Ermənistandan gedir, ona yönəlib ki, Stepanakert qızışsın. Ona görə də Poqosyanla danışmaq və ondan birbaşa soruşmaq lazımdır: siz özünüz buna son qoyacaqsınız və ya sizə kömək lazımdır?
Çebrikov: Yerevandan Stepanakertdə plenum keçirmək vəzifəsi qoyulub. Buna istinad edirlər ki, Yerevanda plenum olub, ancaq Stepanakertdə olmayıb. İdeya oradan gəlir - nə qədər ki, Stepanakertdə plenum olmayıb, meydandan dağılışmayın. Ona görə də onlar hələ 10-15 gün də dayanacaqlar. Elə etmək lazımdır ki, Stepanakertdə, meydanda o adamlar olmasın. Hər şey təşkil olunub. Kolxozlardan ərzaq daşıyırlar, yeməkxanalarda meydanda toplaşanlar üçün yemək hazırlayırlar. Bu adamların gecələməyə yerləri var və onları vaxtaşırı olaraq əvəzləyirlər.
Çebrikov: Yerevandan Stepanakertdə plenum keçirmək vəzifəsi qoyulub. Buna istinad edirlər ki, Yerevanda plenum olub, ancaq Stepanakertdə olmayıb. İdeya oradan gəlir-nə qədər ki, Stepanakertdə plenum olmayıb, meydandan dağılışmayın. Ona görə də onlar hələ 10-15 gün də dayanacaqlar. Elə etmək lazımdır ki, Stepanakertdə, meydanda o adamlar olmasın. Hər şey təşkil olunub. Kolxozlardan ərzaq daşıyırlar, yeməkxanalarda meydanda toplaşanlar üçün yemək hazırlayırlar. Bu adamların gecələməyə yerləri var və onları vaxtaşırı olaraq əvəzləyirlər.
Qorbaçov: Viktor Mixayloviç, hər halda, insanlar ictimai qaydaları pozmursa onlarla siyasi yöndə iş aparılmalıdır, qoşunla qovmaq lazım deyil.
Çebrikov: Qovmaq yox, onları çox da böyük olmayan qüvvələrlə əhatəyə almaq olar.
Qorbaçov: Əgər adamlar özlərini sakit aparırsa onlarla axıra qədər siyasi yöndə işləmək lazımdır. Nəyə lazımdır ki, qoşun yeridək.
Yakovlev: Ancaq Sumqayıta qoşun yeritmək lazımdır. Orada «hakimiyyətin əlini» göstərmək lazımdır...
Qorbaçov: Əgər dağılışmırlarsa istənilən halda işləmək lazımdır, qovmaq yox. (Stepanakertdəki mitinqi nəzərdə tutaraq) Əgər adamlar özlərini sakit aparırlarsa və xuliqanlıq hərəkətlərinə yol vermirlərsə, onları qoşunlarla qovmaq lazım deyil. Ancaq burada mühasirə lazımdır ki, əlavə toplanma olmasın.
Yazov: Şoferlər işə gəlir, ancaq marşrutlara çıxmır, yaşayış məntəqələrindən şəhərə ərzaq daşıyırlar. Onları Stepanakertə buraxmaq lazım deyil.
Razumov: Məktəblər də işləmir. Onlar tərəfindən meydanda növbətçilik təşkil olunub.
Qorbaçov: Deməli, qoy Razumovski hələ Bakıda qalsın, Demiçev isə ora yollansın, hər şeydən əvvəl onunla məşğul olmaq lazımdır. Ancaq yoldaşlar, əgər xalq özünü təmkinli və sakit aparırsa, o zaman onları hərbçilərlə hədələmək lazım deyil. Bu işə yaramır. Gəlin biz bunu qayda kimi qəbul edək. Ermənistanda qoşunları görəndə bunu nəzərə aldılar, başa düşdülər ki, hakimiyyət hakimiyyətdir. Ancaq bununla belə, heç kim onlara barmağının ucuyla da toxunmadı, bunu da qiymətləndirdilər.
Yazov: Mixail Sergeyeviç, akademik Ambarsumyan Koçetkova zəng edib deyir: bura niyə gəlmisən? O cavab verir ki, necə yəni niyə? Axı bura Zaqafqaziya Hərbi Dairəsidir. Onda Ambarsumyan sual verir: bəs sən hansı tapşırıq almısan?
Qorbaçov: Budur, görürsünüz də.
Yazov: Əsgərlər arasında vərəqələr yaymaq cəhdləri olub.
Liqaçov: Mixail Sergeyeviç, axı orada hər beş nəfərdən birinin məhkumluğu olub, deməli, orada yüzlərlə yaramaz adam var, onları dərhal Sumqayıtdan köçürmək lazımdır...
Qorbaçov: Düzdür. Saxlamaq lazımdır. Dmitri Timofeyeviç, danış necə öldürürlər.
Yazov: İki qadının döşünü kəsiblər, birinin başını. Bir qızın isə dərisini soyublar. Bu cür vəhşilik olub. Bir çox kursantlar bunları görəndə huşunu itirib...
Çebrikov: Erməni mənzillərindəki bütün mebelləri yandırıblar.
Qorbaçov: Quldurlar. Soyğunçular. Bir çoxları həbs olunarkən üzərlərində talanmış qiymətli əşyalar olub.
Liqaçov: Onların üzərində təcili olaraq məhkəmə prosesi keçirilməlidir. Bəzən olduğu kimi istintaqı həftələrlə, aylarla uzatmaq lazım deyil. Orada qətiyyətli hərəkət etmək lazımdır.
Qorbaçov: Ümumiyyətlə desək, hansısa məqamda vaxtı əldən veriblər...
Liqaçov: Ən çoxdankı hadisələri, Novoçerkasskda baş verənləri xatırlatmaq istəyirəm. Ora diviziya yeritdilər. Mən Vladimir İliç Stepanovla birlikdə orada idim. Mərkəzi Komitə katibləri də orada idi. O zaman mən müdir müavini idim. Qətiyyətlə hərəkət etdilər, hər şey bir anda başa çatdı. Görəndə ki, hakimiyyət gücsüzdür, qayda yaratmaq iqtidarında deyil və insanları müdafiə edə bilmir, bu, mənfi təsir göstərir. Ona görə insanları müdafiə etmək lazım idi. Biz orada nə edə bilərik? Mən əminəm ki, fəhlələr də bu səs-küyü tutacaqlar. Hələ Dmitri Timofeyeviçin danışdıqlarını da danışacaqlar. Bu mənada hərəkət etmək lazımdır.
Qorbaçov: Onları tutmaq lazımdır.
Yazov: Mixail Sergeyeviç, cinayətkarlar saxlanılıblar. Gün ərzində 20 nəfər saxlanılıb, 16-sı buraxılıb, cəmi 4 nəfər qalıb. Yalnız hərbçiləri şəhərə yeridəndən sonra xüsusilə təhlükəli cinayətkarları saxlamağa başlayıblar.
Qorbaçov: Aleksandr Vladimiroviç, milis rəisini fəaliyyətsizliyə görə dərhal qovmaq lazımdır. (Daxili işlər naziri Vlasova müraciətlə) Dərhal qovun. Uzun-uzadı xidməti araşdırma aparmaq lazım deyil, hansı ki, siz adətən belə edirsiniz. Bir halda da ki, belə şeyə yol verib, dərhal işdən azad edib yerinə başqasını qoymaq lazımdır. Ola bilsin Bakıdan onun yerinə normal birini tapıb göndərərlər.
Yakovlev: Olmazmı ki, öz cinayətlərini etiraf edən o iki cinayətkar üzərində təcili şəkildə məhkəmə prosesi qurulsun?
Qorbaçov: Lazımdır. Yeqor Kuzmiç də elə bu barədə deyir. Şəhərə girişləri bağlamaq lazımdır, imkan vermək lazım deyil ki, nəqliyyat daxil olsun, Yerevandan təyyarələr uçsun və s. Vladimir İvanoviçdən və Anatoli İvanoviçdən xahiş edək ki, erməni müəssisələrinin işləməyə başladığı barədə mətbuata məlumat hazırlasınlar. Yeri gəlmişkən, dünən axşam Ermənistanın yerli televiziyası ilə yaxşı veriliş verirdilər. İnsanları iş yerlərində göstərirdilər, onların əhvalı yaxşı idi.
Solomentsev: «Vremya» proqramında da göstərdilər. Stepanakertdə bir zavod göstərirdilər. Hətta Yerevan fəhlələrinin çıxışlarını verirdilər, onlar baş verənləri pisləyir və deyirdilər ki, buraxılmış iş günlərinin də əvəzinə işləyəcəklər.
Qorbaçov: Yoldaşlar, razılaşdıq?
Siyasi Büro üzvləri: Bəli.
Qorbaçov: Mən indi bizim yoldaşlarla xalqla iş barədə danışacağam, baza budur.
Qətnamə qəbul olunur.
Sumqayıtda komendant saatının tətbiq edilməsinə və Dağlıq Qarabağ barədə son 3 il ərzində göndərilmiş məktubların toplanılması barədə protokol tapşırıqları verilir.