Modern.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhmət Aslan deyib.
Onun sözlərinə görə, təklifin texniki tərəflərinə təkrar baxılacaq.
Konsorsiumun layihəsinə əsasən körpünün tikintisi 10,354 milyard lirəyə başa gələcək.
Xatırladaq ki, yeni körpünün tikintisi martın 18-də başlayacaq. Körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq.