Vaxt.Az

«Türkiyəyə səfər etməyin!»


 

ABŞ öz vətəndaşlarına xəbərdarlıq etdi

«Türkiyəyə səfər etməyin!» ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını terror təhlükəsi ilə əlaqədar Türkiyəyə səfər etməməyə çağırır.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departament ABŞ vətəndaşlarını əsasən Türkiyənin cənub-şərq vilayətlərinə səfər etməməyə, səfər edəcəkləri halda isə insanların kütləvi şəkildə olduğu yerlərdən, eləcə də məşhur turizm mərkəzlərindən uzaq olmağa çağırıb.

Bundan başqa, Dövlət Departamenti İstanbula və Türkiyənin cənub-şərq vilayətlərinə rəsmi səfərlərin sayını azaldıb.

 





26.01.2017    çap et  çap et