Vaxt.Az
Avropa Film Festivalı keçirir
Aİ-nin Bakıda təşkil etdiyi layihədə filmlərə giriş pulsuzdur
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Aİ-ə üzv ölkələrin səfirlikləri ilə birgə Bakıda Avropa Film Festivalı keçirəcək.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, festival 30 oktyabr-6 noyabr tarixlərində baş tutacaq.
Tədbirin təşkil edilməsində əsas məqsəd Aİ ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələri inkişaf etdirmək, Avropa dəyərlərinin, mədəniyyətinin filmlərin dili ilə daha yaxşı dərk olunmasına töhfə verməkdir.
Festival müddətində Avropa İttifaqı ölkələrinə məxsus 17 film nümayiş olunacaq.
Filmlər Park Bulvar, Metro Park və Nizami kinoteatrında təqdim olunacaq, biletlər pulsuzdur.
23.10.2013 çap et