Vaxt.Az

Fələstinə yardım dayandırıldı


 

Tramp Obamanın sərəncamını ləğv etdi

Fələstinə yardım dayandırıldı ABŞ prezidenti Donald Tramp Fələstin üçün ayrılan 221 milyon dolların köçürülməsini dondurub.

Bu barədə «The Times of Israel» məlumat yayıb. Məlumata görə, ABŞ nümayəndələri Fələstinin baş naziri Rami Həmdullahı vəsaitin köçürülməyəcəyi barədə məlumatlandırıblar.

Əvvəlki prezident Barak Obama səlahiyyətlərinin başa çatmasına bir neçə saat qalmış Fələstinə 221 mln. dollar həcmində yardımın ayrılmasına dair sərəncam imzalamışdı.

 





26.01.2017    çap et  çap et