Vaxt.Az

«Lalə Şövkət Milli Şuradan düşmənçiliyə görə getdi»


 

Əvəz Temirxan: «Ona düşmən münasibəti bəsləyirlər»

«Lalə Şövkət Milli Şuradan düşmənçiliyə görə getdi» «Lalə Şövkət Milli Şura tərəfindən ona qarşı bəslənilən düşmənçiliyə görə Milli Şuradan istefa verib». Virtualaz.org saytı xəbər verir ki, bunu ALP sədri Əvəz Temirxan deyib. Onun sözlərinə görə, Milli Şura yaradıldığı prinsiplə fəaliyyət göstərmir.
«Milli Şura demokratik mübarizə məqsədi ilə yaradılmışdı. Amma indi Milli Şura daxilində düşmənçilik yaşanır. Qurumun bəzi üzvləri Lalə Şövkətin istefasına görə ona düşmən münasibəti bəsləyirlər» - deyə ALP sədri bildirib.
Ə.Temirxan Milli Şuranı elliklə tərk etdiklərini bildirdi: «Biz partiya olaraq bu qərarı verdik. Digər üzvlərimiz də Milli Şuranı tərk edəcək».
Qeyd edək ki, bu gün Milli Şuranın sessiyasında qurumun üzvlərindən könüllü olaraq istefa verənlərin məsələsinə baxılıb. Lalə Şövkətin istefa verməsi məsələsinin sessiyanın gündəliyində müzakirə olunmasını istəməyən Əvəz Temirxan Cəmil Həsənliyə müraciət edib. Lakin onun bu təklifi qəbul olunmayıb. Buna etiraz edən Temirxan Milli Şuranın sessiyasını tərk edib. Digər iki ALP üzvü də ona qoşulub.
 





24.10.2013    çap et  çap et