O bildirib ki, həmsədrlərin işinin əsas mahiyyəti qarşılıqlı etimad, konfidensiallıq, konstruktivlik və daimi fikir mübadiləsinə əsaslanan kollektiv yanaşmadan ibarətdir: «Mənim münaqişənin şəxsi töhfələrim və ideyalarım da bu çərçivədə olacaq. Dağlıq Qarabağ münaqişəsinin ədalətli və stabil həllinə gətirib çıxara biləcəyi ümidi ilə vicdanlı həmsədr kimi aktiv işləmək niyyətindəyəm».
Həmsədr ötən ilin dekabrında regiona səfər etdiyini, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə görüşdüyünü xatırladıb: «Onların qeydləri və fikirləri mənim üçün çox qiymətli idi. Çünki işimi düzgün şəkildə qurmaq və icra etmək üçün onların mövqeyini, məqsədlərini, «qırmızı xətlər»ini bilməliyəm. Hazırda münaqişənin həlli ilə bağlı ən əsas məsələ tərəflər arasında dialoq və etimadı bərpa etməkdir. Bunun üçün sağlam, güclü və effektli dinamikanı təmin etmək vacibdir. Silahlı toqquşmaların yenidən başlamasının və istənilən zorakılıq hallarının qarşısını almaq üçün əlindən gələni etmək zəruridir. Çünki bu, heç kəsə fayda vermir».