Vaxt.Az

Rusiyanın krediti bəs etmədi


 

Ermənistan yenə pul və silah axtarır

Rusiyanın krediti bəs etmədi Ermənistan Rusiya tərəfi ilə 200 milyon dollar kredit çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirəcək. «Trend» xəbər verir ki, bunu müdafiə naziri Vigen Sarkisyan deyib.

Nazir qeyd edib: «Rusiya ilə qarşılıqlı fəaliyyət və KTMT çərçivəsində aldıqlarımız silahlı qüvvələrimizin ən müasir silahlara olan ehtiyacını ödəyə bilmir.

Buna görə də biz həm Rusiya bazarında, həm də digər ölkələrdən olan tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində silahlı qüvvələrimizin ehtiyacını qarşılamaq üçün bütün imkanlardan istifadə edirik».

 





27.01.2017    çap et  çap et