Vaxt.Az

Axirət saatında son iki dəqiqə


 

Bu zaman məfhumu ilk atom bombasının yaradılmasından sonra hazırlanıb

Axirət saatında son iki dəqiqə «The İndependent» yazır ki, indi bəşəriyyət dünyanın axırından cəmi iki dəqiqə yarımlıq məsafədədir. Axirət Saatında edilmiş bu dəyişiklik o deməkdir ki, dünya 1953-cü ildən bəri öz tarixinin ən təhlükəli anına çox yaxınlaşıb.

Bu simvolik saatdakı dəyişikliyi Atom Alimlərinin bülleteni (Bulletin of the Atomic Scientists) məcmuəsinin ekspertləri edirlər.

Təşkilata rəhbərlik edən Lourens Krauss (Lawrence Krauss) və Deyvid Titlinin (David Titley) sözlərinə görə Axirət saatının daha yarım dəqiqə gecəyarısına yaxınlaşdırılmasının iki mühüm səbəbi var. Bəşəriyyət hələlik nüvə və iqlim dəyişikliyi təhlükələrinə üstün gələ bilmir.

Alimlər yazırlar ki, əvvəllər heç vaxt Axirət saatına bircə adamın sözlərinə görə bu qədər böyük düzəliş edilməyib.

«Lakin bu şəxs ABŞ prezidentidir və onun sözlərini nəzərə almamaq olmaz» - yazır alimlər.

Alimlər bildirirlər ki, cənab Tramp Amerikanın nüvə arsenalını gücləndirəcəyini və iqlim dəyişikliyini boş şey hesab etdiyini deyib.

Bundan əvvəl Axirət saatında gecəyarısına üç dəqiqə qalırdı. Bu, Soyuq müharibə illərindən bəri belə idi.

Ötən il alimlər saatın əqrəblərini irəli çəkməmək qərarına gəlmişdilər.

Əqrəblər gecəyarısına bu qədər yaxın məsafədə bir də 1953-cü ildə olub. Bu o vaxtlar idi ki, ABŞ və SSRİ hidrogen bombasını uğurla sınaqdan keçirmişdilər.

«The Bullet»in məcmuəsinin əsasını ABŞ-da Manhattan qrupuna daxil olan alimlər qoyublar. Bu alimlər İkinci Dünya müharibəsi zamanı ilk atom bombasının yaradılmasında iştirak etmişdilər.

Onlar Axirət saatını 1947-ci ildə qurublar. Həmin vaxtdan bəri bu saatın əqrəbləri dünyanın üzləşdiyi təhlükələrdən asılı olaraq hərəkət edir.

Bu saat 1991-ci ildə 7 dəqiqə geriyə işləmişdi. O vaxt ABŞ və SSRİ nüvə silahlarının ixtisari barədə ilk sazişi imzalamışdılar.

 





27.01.2017    çap et  çap et