Onun sözlərinə görə, sərnişin maşinistə «Ulduz» stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: «Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb».
N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: «7 saylı qatar hərəkətini davam etdirir».