Vaxt.Az

Tramp izah verdi


 

«Bu, Obamanın etdiyinə oxşayır»

Tramp izah verdi ABŞ prezidenti Donald Tramp yeddi ölkəyə qarşı giriş məhdudiyyəti ilə bağlı qərarının tənqidinə münasibət bildirib. Strateq.az xəbər verir ki, Tramp qadağanın yalnız müsəlmanlara aid olduğuna dair şərhlərdə medianı günahlandırıb.

90 günlük qadağanın İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarını əhatə etdiyini xatırladan ABŞ prezidenti deyib: «Mənim siyasəti prezident Obamanın 2011-ci ildə etdiyinə oxşayır. Onda o, İraqdan olan qaçqınlara viza verilməsini altı ay qadağan etdi. Sərəncamımda adı keçən yeddi ölkə əvvəllər Obama administrasiyası tərəfindən terror mənbəyi olan ölkələr kimi səciyyələndirilib".

«Bu din haqqında sərəncam deyil, terror və ölkəmizin təhlükəsiz saxlanılması ilə bağlıdır. Dünyanın müsəlman çoxluğu olan 40 müxtəlif ölkəsi var və qadağalar onlara aid deyil», – Tramp əlavə edib.

 





31.01.2017    çap et  çap et