Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yanvarın 31-i Bakıda keçirilən ilk iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov belə deyib. Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.
Toplantıda Azərbaycanla Qətər arasında əlaqələrin yüksək templə inkişaf etdiyinin vurğulandığı bildirilir. Qeyd olunub ki, birgə komissiyanın fəaliyyəti hər iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə istiqamətlənib.
Görüşdə Azərbaycanın ixrac yönlü məhsullarının Körfəz bazarına çıxarılması əsas prioritet istiqamətlərdən olduğu vurğulanıb.
Toplantıda müzakirələrin yekununa dair protokol imzalanıb.
Qətər xarici işlər naziri Mohammed bin Abdulrahman Al-Thani-nin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. O yanvarın 31-i günün birinci hissəsi prezident İlham Əliyev və xarici işlər naziri E. Məmmədyarovla görüşüb.