1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb.
Tağım komandiri vəzifəsindən başlayaraq 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında qərargah rəisinin müavini, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə irəli çəkilib.
Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.
Prezidentin 17.05.2003-cü il tarixli 869 N-li fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
Horadiz əməliyyatları da daxil olmaqla Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı, 30.06.2004-cü il tarixli 294 N-li sərəncamı ilə «Azərbaycan Bayrağı» ordeni ilə və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə «Sərhəddə fərqlənməyə görə» medalı ilə təltif edilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.
Ailəlidir. Üç övladı var.