Ərəbdilli jurnalist Visamel Hurrə Bəşər Əsədin olduğu güman edilən Şam hospitalına zəng vurub və özünü prezident administrasiyasının əməkdaşı kimi təqdim edərək «prezidentin səhhəti barədə heç bir informasiya verməməyi» tapşırıb:
- Alo, salam!
- Sizi eşidirəm!
- Mən prezident administrasiyasından zəng edirəm, prezidentin səhhəti barədə danışmaq qadağandır. Heç bir informasiya verilməyəcək.
- Oldu, amma bütün həkimlər bilir ki, xəstəni bura gətiriblər.
- Siz prezidentin barəsində heç bir informasiya verməyəcəksiniz, elədir? Bu, məxfidir.
- Oldu.
- Əgər kimsə telefonla prezidentin səhhəti barədə informasiya almaq istəsə siz imtina edin.
- Oldu, razılaşdıq.
- Mən direktorla, məsul həkimlə danışmaq istərdim.
- Sizi başa düşdüm, mən özüm onlara çatdıraram.
- Bir daha təkrar edirəm: heç kimə prezident haqqında informasiya verməyin. Məni başa düşdün?
- Aydındır, başa düşdüm.
- Sizin adınız nədir?
- Qəbul şöbəsindən Həsən.
- Mən Mala Kaliyəm, Həsən. Sizinlə prezident sarayından danışıram. Bizim danışıqlarımız qeydə alınır. Çox xahiş edirəm heç bir məlumat verməyin ki, prezident xəstəxanadadır.
- Başa düşdüm.
- Təşəkkür edirəm.
- Sağ olun.
Suriyanın rəsmi SANA agentliyi artıq bir həftədir ki, Bəşər Əsədin görüntülərini yaymır. Bu, görünməmiş haldır, çünki rəsmi KİV-lər hər gün Bəşər Əsədin görüşləri barədə nələrsə yayırdı. Bəzi məlumatlara görə Bəşər Əsəd insult keçirtdikdən sonra onu Beyrut xəstəxanasına aparıblar, orada vəziyyəti stabilləşib və geri qaytarıblar. Bəşər Əsədin himayəçisi Rusiya isə onun səhhəti barədə dolaşan şayiələrə şərh vermir.