Vaxt.Az

«Əvəzi verilib»


 

Oqtay Əsədov sökülən əmlaklar haqda: «Jurnalistlərə fikir verməyin»

«Əvəzi verilib» «XXI əsrdə kiminsə obyektini söküb, mülkiyyət hüququnu pozmaq nə deməkdir? Biz mülkiyyət hüquqlarının qorunması ilə bağlı qanunlar qəbul etmişik. Belə hallar barədə mətbuatda yer alan məlumatlara müvafiq nazirliklər reaksiya verməlidir».

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

Millət vəkili qeyd edib ki, mülkiyyət hüquqlarının pozulması barədə məsələlərə həssas yanaşılmalıdır.

Spiker Oqtay Əsədov isə əmlakları sökülən insanların məhkəməyə müraciət etməsi faktının qeydə alınmadığını bildirib: «Kimin əmlakı sökülübsə, əvəzi verilib. Jurnalistlərin bu barədə yazdıqlarına fikir verməyin».

 





01.02.2017    çap et  çap et