Vaxt.Az

Əli Həsənov Ər-Riyaddadır


 

Prezidentin köməkçisi Səudiyyə Ərəbistanı Krallığı ilə media əməkdaşlığını müzakirə edəcək

Əli Həsənov Ər-Riyaddadır Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.

VAXT.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında media sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.

 





01.02.2017    çap et  çap et