Vaxt.Az

Rusiyada xəfiyyə xofu


 

FTX əməkdaşları ABŞ xeyrinə casusluqda ittiham olunur

Rusiyada xəfiyyə xofu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki əməkdaşı və «Kasperski» Laboratoriyasının sabiq menecerinə qarşı ABŞ-ın xeyrinə casusluqda ittiham irəli sürülüb, həbs edilənlərdən birinin vəkili «İnterfaks»a bildirib.

«Komanda 29» birliyin (Rusiyada dövlətin artmaqda olan qapalılığı əleyhinə müqaviməti öz fəaliyyət məqsədi seçən qeyri-formal hüquqşünas və jurnalistlər birliyi) rəhbəri İvan Pavlov təsdiq edib ki, söhbət Rusiya FTX İnformasiya Təhlükəsizliyi Mərkəzinin rəhbəri Sergey Mixaylov və onun tabeliyində çalışan Dmitri Dokuçayev, eləcə də «Kasperski» Laboratoriyası kompüter insidentlərinin araşdırılması şöbəsinin sabiq rəhbəri Ruslan Stoyanovdan gedir.

«Başqalarını deyə bilmərəm, amma mən müdafiə etdiyim şəxs ittihamı rədd edir», - deyən Pavlov, kimin maraqlarını təmsil etdiyini dəqiqləşdirməyib.

Daha əvvəl KİV-lər 2016-cı il dekabr ayında dövlətə xəyanət ittihamı ilə iki nəfər FTX əməkdaşı və bir nəfər «Kasperski» Laboratoriyası menecerinin həbs edildiyini bildirmişdilər. Lakin bu məlumatların rəsmi təsdiqi olmayıb.

Bazar ertəsi kompüter informasiyasına qanunsuz müdaxilə ittihamı ilə jurnalist Vladimir Anikeyevin həbs edildiyi təsdiqlənib.

«İnterfaks» agentliyinin mənbələrinə görə, Anikeyevin həbs işi yüksək vəzifəli Rusiya məmurları və tanınmış biznesmenlərin şəxsi internet hesablarının sındırılması ilə bağlıdır və Anikeyev, Mixaylov, Dokuçayev və Stoyanovun həbsləri bir-biri ilə bağlıdır.

Həmçinin Anikeyevin «Anonim İnternasional» («Şaltay-Boltay») haker qrupuna aidiyyətinin mümkünlüyü bildirilir.

 





01.02.2017    çap et  çap et