Vaxt.Az

«Bəlkə də qaytardılar»


 

Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»

«Bəlkə də qaytardılar» AXCP-Müsavat cütlüyü «Bəlkə də qaytardılar» ümidi ilə yaşayır. Bunu «Trend»ə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

A.Əlizadə qeyd edib: "Cəlil Məmmədquluzadənin əsərində olduğu kimi, bunlar da «Bəlkə də qaytardılar» ümidi ilə yaşayırlar. Məhəmməd Əmin Rəsuzladə layiqli qiymətini alıb və almaqda davam edir. Bakı ərazisində Məhəmməd Əmin Rəsulzadənin heykəli var, adına qəsəbə, küçə var və s. Məsəl var, deyərlər, köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir. Onların da belə bəyanatlar verməkdə məqsədi qaya kölgəsində yatmaqdır».

Millət vəkili əlavə edib ki, ağlı başında olan adam onların ardınca getməz: «Bunu özləri də yaxşı bilirlər. Ona görə də deyirlər ki, gəlin Məhəmməd Əmin Rəsulzadənin ardınca gedək».

 





01.02.2017    çap et  çap et