Vaxt.Az

FHN statistika açıqladı


 

Xilasedicilər 9 ay ərzində xilas etdiklərindən 10 dəfə çox təxliyə edib

FHN statistika açıqladı Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda bu ilin 9 ayında baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb. ANS PRESS-in FHN-in saytına istinadın verdiyi məlumata görə, 2013-cü ilin 9 ayı ərzində respublika ərazisində 7333 təbii və texnogen mənşəli hadisə baş verib.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 81 nəfər xəsarət alıb. Bu 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 683 hadisə və ya 10% çoxdur.
Bu ilin 9 ayı ərzində respublikada baş verən yanğınların aradan qaldırılması üçün 7208 çıxış olub. Yanğın hadisələri zamanı 45 nəfər dünyasını dəyişib, 57 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2% çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya 8% azdır.
Respublika ərazisində 18 partlayış hadisəsi baş verib. Partlayışlar zamanı 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Bu 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 29% çoxdur. 
Məlumatda həmçinin bildirilir ki, nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilib, 63 nəfər təxliyə olunub.
 





26.10.2013    çap et  çap et