Bunu Modern.az saytına açıqlamasına çağdaş Azərbaycan poeziyasının ən güclü simalarından olan Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib. Onun sözlərinə görə, 6 ay öncə əməliyyat olunan şair həkimlərin tapşırığı ilə bu ayın sonunda əməliyyatın müsbət nəticə verib-vermədiyini müəyyən etmək üçün yenidən yoxlanışdan keçməlidir:
«Həkimlər beynində etdikləri əməliyyatın effektivliyini yoxlamalıdırlar. Çünki yay aylarında Vaqif müəllim beynindən əməliyyat olunanda bizə dedilər ki, 6 aydan sonra yenidən yoxlanış olmalıdır ki, əməliyyatın nə dərəcədə effektli olduğunu müəyyən edək. Onların sözlərinə görə, bu elə bir xəstəlikdir ki, əməliyyatın səmərəsi yalnız 6 aydan sonra hiss oluna bilər. Avqustun 10-da əməliyyat edilib, demək, fevralın 10-dan sonra biz onun effektivliyini müşahidə edə biləcəyik. Elə bu səbəbdən Vaqif müəllimi yenidən yoxlaya aparacağıq. Əgər əməliyyatın effekti başlayıbsa və bu davamlı olarsa, o zaman ürəyindən də əməliyyat ediləcək».
Qeyd edək ki, şair Vaqif Bayatlı Odər 2016-cı il avqustun 10-da Türkiyədə beyin əməliyyatı keçirib.