Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov deyib.O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq: «Satışa Novruz bayramından etibarən başlanılacaq».
E.Səfərov əlavə edib ki, biletlərin qiymətləri 2 manatdan başlayacaq: «Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq».
O bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlamasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır.
çap et