Vaxt.Az

İmpiçment, «saray» çevrilişi və yaxud zorla devirmək?


 

Amerika eksperti Trampdan qurtulmaq yollarını arayır

İmpiçment, «saray» çevrilişi və yaxud zorla devirmək? ABŞ-n yeni prezidentinin idarəçiliyinin ilk həftəsindən sonra aydın olur ki, onun idarəçiliyinə münasibətdə seçkiqabağı təlaşlar doğrulmağa başlanır. Çin ticarət müharibəsi hədəsi gəlir, Meksika prezidenti səfərini təxirə salıb, administrasiyanın özündə isə başçının bəzi bəyanatları ilə bağlı narazılıq ifadə edirlər. Bu fonda «Doğrudanmı, bütün dörd il boyu bu cür olacaq?» sualı aktualdır.

Əslində, zındıq prezidentdən qurtulmağın dörd üsulu var.

Hər şeydən əvvəl, sadəcə, 2020-ci ilin noyabrını gözləmək olar – ABŞ seçiciləri sağlam düşüncə göstərib onu Ağ Evdən rədd edəcəklər. Lakin hakimiyyətdəki bu qədər fəlakətli ilk həftədən sonra dörd il hədsiz dərəcədə uzun müddət görünür. Buna görə də başqa variantları da nəzərdən keçirmək olar.

Birincisi, bu cür variant impiçmentdir. ABŞ Konstitusiyasına uyğun olaraq bunun həyata keçirilməsi üçün, vur-tut, Konqresin aşağı palatasında çoxluq tələb olunur. Palata üzvləri «xəyanət, rüşvətxorluq və yaxud digər vəzifə cinayətləri və günaha görə» Trampı istefaya göndərə bilərlər. Senatın üçdə ikisi bu addımı dəstəkləsə, Tramp Ağ Evi tərk edəcək.

Bununla belə, impiçment prosesinin başlanması üçün Konqresə əslində xəyanət və yaxud qətlin sübutu lazım deyil. Praktik olaraq, istənilən məsələ «vəzifə cinayəti  və yaxud günahı» kimi qiymətləndirilə bilər. Amma Nümayəndələr Palatası və Senatda respublikaçıların nəzarəti üzündən Trampın istefaya göndərilməsi siyasi baxımdan az ağlabatan görünür. Bunun üçün demokratların Konqresi öz nəzarətlərinə qaytarmağı lazımdır, bu isə, ən azı, 2018-ci il seçkilərinə qədər baş verməyəcək.

İstənilən halda impiçmentə vaxt lazımdır: aylar – hələ çox demirik. Nüvə silahının kodu dəlidə olarkən isə hətta bir neçə ay da son dərəcə uzun müddət görünə bilər.

İkincisi, ABŞ Konstitusiyasına 25-ci düzəlişdən istifadə etmək şansı var. Düzəlişə uyğun olaraq vitse-prezident və icra departamentlərinin əksər rəsmiləri prezidenti «öz vəzifəsi çərçivəsində səlahiyyət və vəzifələrini icra etməyə iqtidarsız» elan edə bilərlər. Bu halda vitse-prezident dərhal dövlət başçısı vəzifəsini müvəqqəti icra edən qismində prezidentin səlahiyyət və vəzifələrinin icrasına girişir.

Başqa sözlə, Mayk Pensin iddialarını arzu etmək lazımdır. Şübhə yoxdur ki, o, bir dəfə prezident olmaq istəyəcək. Həm də, o, mötədil siyasətçi olmasa da, Tramp kimi sərsəm duyumlar doğurmur.

Üçüncüsü, əvvəllər ABŞ üçün düşünülməz olan varianta getmək mümkündür – hərbi çevrilişə. ABŞ hərbçiləri Trampı ya devirə bilər, ya da, ən azı, ona narazılıqlarını bildirib əmrlərini yerinə yetirməkdən imtina edə bilərlər. ABŞ silahlı qüvvələri komandanlığının Ağ Ev başçısının bəzi göstərişləri ilə bağlı ixtilafı böyük əndişə doğurur, lakin onların ona tabe olmaq ehtimalı daha böyük vahimə doğurur.(strateq.az)

 





01.02.2017    çap et  çap et