Vaxt.Az

Erməniləri barmaqla göstərəcəklər


 

Düşmən ölkə mətbuatı həyəcan təbili çalır

Erməniləri barmaqla göstərəcəklər İrəvanın foto salonlarında ajiotaj yaranıb. Dəhşətli növbələrin əlindən tərpənmək mümkün deyil. Bu barədə Ermənistanın «Ayask» qəzetinin yazdığına görə, hamı «green card»la (qrin-kart) ABŞ-a getmək üçün anketə şəkil çəkdirir.
Qəzetin yazdığına görə, ölkədə indiyə qədər belə bir şey görünməyib. Bu gün hamının bir arzusu var; tezliklə Ermənistanı tərk etsin.
«Green card» almaq üçün müraciət edən vətəndaşların böyük əksəriyyəti, qəzetin yazdığına görə, əsasən, 18-30 yaş arası gənclərdir. Bu gənclər hesab edirlər ki, onların Ermənistanda gələcəyi qeyri-müəyyəndir.
«Ayask»ın yazdığına görə, Ermənistan rəhbərliyi isə bununla bağlı guya erməni xalqının xaricə miqrasiya etməməsi ilə bağlı müxtəlif cür tədqiqatlar dərc etdirir. Qəzet yazır ki, tezliklə Ermənistan küçələrində gəncləri barmaqla göstərəcəklər.
 





26.10.2013    çap et  çap et