Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək istəyiriksə, Rəqabət Məcəlləsi qəbul edilməlidir.
Vahid Əhmədov bildirib ki, monopoliyanı aradan qaldırmaq lazımdır.
«Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub. Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun? Xahiş edirəm ki, Rəqabət Məcəlləsi bundan sonrakı iclaslarda gündəliyə salınsın və 3-cü oxunuşda müzakirə edilsin».
Deputat Azərbaycanda maliyyə nəzarəti haqqında qanunun qəbul olunmasının da vacibliyinin vurğulayıb.
Milli Məclis sədri Oqtay Əsədov isə Vahid Əhmədovla razılaşmayıb.
«Rəqabət Məcəlləsi 2 dəfə Milli Məclisdə müzakirə edilib. Lakin bu qanunun təşəbbüskarı var. 2008-ci ildən başlanan iqtisadi böhrandan sonra, iqtisadi şərtlər də dəyişib. Buna görə də, Rəqabət Məcəlləsi dəyişdirilməlidir. Bunun üzərində iş gedir. Nə zaman bu tam hazır olacaq, onda da Milli Məclisə daxil olacaq.
İkincisi, deyirsiniz ki, maliyyə nəzarəti haqqında qanun olsun. Bu qanun hazır olmalıdır ki, Milli Məclis müzakirə etsin. Bilirsiniz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb».