ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib. VAXT.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı «Associated Press» agentliyi yayıb. Tillersonun namizədliyi səs çoxluğu ilə qəbul edilib.Qeyd edək ki, Donald Tramp Reks Tillersonun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini dekabrın 13-də irəli sürmüşdü.
Keçmiş dövlət katibi Con Kerrinin istefasından sonra isə onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Tomas Şennon icra edirdi.
«Reuters» agentliyinin verdiyi xəbərə görə, 64 yaşlı R.Tillerson ABŞ-ın sayca 69-cu dövlət katibi olana qədər «Exxon Mobil»in rəhbəri vəzifəsində çalışıb.
çap et