Vaxt.Az

«Heç nəyi istisna etmək olmaz»


 

Tramp İranla müharibə haqda danışdı

«Heç nəyi istisna etmək olmaz» Donald Tramp bəyan edib ki, ABŞ İranın ballistik raket sınaqlarına istənilən şəkildə cavab verə bilər.

«Reuters»in məlumatına görə, «İranın raket sınqalarına hərbi cavab ola bilərmi» sualını cavablandıran D.Tramp bildirib ki, «heç nəyi istisna etmək olmaz».

Qeyd edək ki, bundan əvvəl, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn bəyan etmişdi ki, rəsmi Vaşinqton İranın raket sınaqlarını pisləyir, bu addımı regionda təhlükəsizlik və sabitliyin pozulması kimi qiymətləndirir.

Virtualaz.org xatırladır ki, yanvarın 29-da İran ortamənzilli ballistik raketinin sınaqlarını keçirib. Sınaq Tehrandan 225 kilometrlik məsafədə - Semnan şəhərinin ətrafında keçirilib. Raket partlamazdan əvvəl təxminən 966 kilometr uçub.

 





03.02.2017    çap et  çap et