Məlum olduğu kimi, Mərkəzi Bankın iki əsas funksiyası var idi: pul siyasəti və bank nəzarəti. İkinci funksiyadan məhrum edildikdən sonra Mərkəzi Bankda ciddi ixtisarlar gözlənilirdi. Lakin belə olmadı. Nəinki İdarə Heyəti (http://www.cbar.az/…/organizational-struc…/management-board/), hətta altrəhbərliyi (http://www.cbar.az/…/a…/organizational-structure/management/) dəyişməz qaldı, o cümlədən bank nəzarətinə rəhbərlik etmiş «Bank Mamed»in kürəkəni də yerində qaldı. Çoxsaylı (23!!!) struktur bölmələri (http://www.cbar.az/…/organizational-s…/department-directors/) də olduğu kimi qaldı. Belə ki, mən başa düşmürəm ki, Mərkəzi Bankda eyni zamanda bu beş bölmə nəyə lazımdır: İqtisadi təhlil departamenti, Tədqiqatlar və İnkişaf Mərkəzi, Tədqiqatlar departamenti, İqtisadi maarifləndirmə xidməti və Strateji idarəetmə departamenti? Və ya eyni zamanda İnzibati departament, Ümumi şöbə və Satınalmalar xidməti nəyə lazımdır? Yaxud da eyni zamanda Xəzinə departamenti və Nağd pul departamenti nəyə lazımdır? Həmçinin eyni zamanda Təhlükəsizlik departamenti və Risklərin idarəedilməsi departamenti niyə lazımdır? Eyni vaxtda Pul siyasəti departamenti və Bazar əməliyyatları departamenti niyə lazımdır? Mərkəzi Bankın sədrinin ofisi ilə yanaşı Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti niyə lazımdır axı? Bütün sadalananları birləşdirmək lazımdır. Nəticədə 23 bölmənin yerinə uzağı 13-ü qalacaq! Boş-boş vaxt keçirən işçiləri isə ixtisar etmək lazımdır! Yeri gəlmişkən, dövlət qurumları arasında ən yüksək maaşlar məhz Mərkəzi Bankdadır. Təsəvvür edirsiniz, Mərkəzi Bankın aparatı necə şişirdilib? O boyda binada sadəcə yer tutublar. Həmin binadan da daha səmərəli istifadə etmək olar. Məsələn, Neft Fondunu da ora köçürmək olar. Onsuz da əvvəl-axır işi xeyli azalan və gəlirini elə Mərkəzi Banka ötürən Neft Fondu Mərkəzi Banka birləşdiriləcək...