Vaxt.Az

«Urmiya gölünün xilası üçün iş görülməyib»


 

Güney azərbaycanlı deputat bəyanatla çıxış edib

«Urmiya gölünün xilası üçün iş görülməyib» «Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı heç bir iş görülməyib». Qərbi Azərbaycandan olan deputat Nadir Qazipur belə bir bəyanatla çıxış edib. O, İrandakı mətbuata müsahibəsində gölün 85 faizinin quruduğunu və bu su hövzəsinin qurumaqdan qurtarılması üçün əməli bir işin görülmədiyini vurğulayıb.
N.Qazipur bildirib ki, hökumətin təklifi ilə Urmiya gölünün xilası yollarının araşdırılması qərara alındı: «Bu istiqamətdə 24 həll yolu təklifi irəli sürüldü. Ancaq hakimiyyət bunlardan 19-nu qəbul etdi. Bu təkliflər gerçəkləşməsə də, onların vasitəsi ilə Urmiya gölünü qurumasının qarşısının alınacağına ümid etmək olmaz».
Xatırladaq ki, hakimiyyəti bu problemin aradan qaldırılmasına laqeyd münasibəti ucbatından gölün quruması nəticəsində yaranan səhralarında baş verən duz fırtınası Azərbaycan şəhərləri və kəndlərini, habelə bütün əkin sahələrini məhv etməkdədir.
 





27.10.2013    çap et  çap et