Qurum Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm Avropa Liqasının finalını qəbul etməsində maraqlıdır.
2019-cu ildə baş tutacaq həlledici qarşılaşmalara namizədlərin siyahısını açıqlayan UEFA Çempionlar Liqası üçün 2, Avropa Liqası üçün 7 iddiaçının sifarişini qəbul edib.
Qitənin ən nüfuzlu klub turnirinin finalına «Bakı Olimpiya Stadionu» ilə yanaşı İspaniya paytaxtı Madrid də iddia edir. Bu şəhərin «Metropolitano» stadionu final arzusundadı.
Çempionlar Liqası arzusu gerçəkləşməsə, Bakı Avropa Liqasının finalını da qəbul edə bilər. Bu matça Bakı ilə yanaşı, Tiflisdə «Dinamo Arena» (Gürcüstan), Frankfurtda eyniadlı stadion, Ştutqartda «Arena Ştutqart» (hər ikisi Almaniya), Qlazqoda «Hampden Park» (Şotlandiya), Sevilyada «Ramon Sançes Pisxuan» stadionu (İspaniya) və İstanbulda «Beşiktaş Arena» (Türkiyə) da namizəddir.
Qeyd edək ki, final oyunlarının ev sahibinin adına bu ilin sentyabrında aydınlıq gələcək.