«Uşaqlarımız, gənclərimiz bilsinlər ki, erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb. Türkiyə isə Osmanlı imperiyasının cinayətlərinə görə, cavab vermək fikrində deyil.
Biz desək ki, Osmanlının sayəsində Azərbaycan ərazisində Ermənistan dövləti yaranıb, çıxıb deyəcəklər ki, bunu ingilislər təkid edirdilər.
1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki, Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər.
Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi... Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi»-deyə o bildirib.
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə isə Araz Əlizadəni sərsəmləməkdə ittiham edib.
Modern.az-ın məlumatına görə, İqbal Ağazadə bildirib: «Bu adam ciddidən ağlını itirib. Bu, nə sərsəmləmədir?» - deyə o qeyd edib.