Yaponiyada səfərdə olan Ceyms Mattis bu ölkənin müdafiə naziri Tomomi İnada ilə görüşüb.
Yanvarın 21-də ABŞ prezidenti Donald Trampın fərmanı ilə müdafiə naziri postuna təyin edilən 66 yaşlı general C.Mattis 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub.
Qeyd edək ki, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və «Hizbullah» qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.