Vaxt.Az

«Belarus vassal deyil, ...»


 

«... Lukaşenko da Sərkisyan»

«Belarus vassal deyil, ...» Lukaşenko vassal olmaq istəmir və bu mənada Belarus Ermənistandan fərqlənir.

Bu sözləri politoloq Elxan Şahinoğlu Belarus prezidentinin Rusiya siyasətinin tənqidi üzərində qurulan 7 saatlıq nitqini şərh edərkən deyib. E.Şahinoğlu bildirib ki, Lukaşenkonun çıxışı Moskvanın bərabərhüquqlu müttəfiq axtarmadığını göstərir: «Moskvanın sözdə strateji müttəfiqi sayılan Aleksandr Lukaşenkonun çıxışındakı dəmir arqumentlər (Rusiya Belarusa satdığı neftin və qazın həcmini azaldıb, qiyməti isə artırıb, qardaş adlandırdığı ölkədə hərbi baza qurmaqda israrlıdır, süd məhsullarının idxalına icazə vermir, Minskin Krımı Rusiyanın ərazisi tanımasına istəyir və s.) onu göstərir ki, Moskvaya bərabərhüquqlu müttəfiqlər deyil, vassallar lazımdır. Lukaşenko isə vassal olmaq istəmir və bu mənada Belarus Ermənistandan fərqlənir».

Qeyd edək ki, son günlər Belarusla Rusiya arasında münasibətlər pisləşib. Belarus Prezidenti Rusiyanı tənqid edib və rus neftini almayacağını bildirib, həmçinin, Avrasiya İttifaqı ucbatından Belarusun 15 milyard dollar itirdiyini açıqlayıb.

 





06.02.2017    çap et  çap et