Vaxt.Az

... Yat, qal dala, lay-lay!


 

«Həyat yuxuda da öz sonuna doğru gedir» (A.Bule)

... Yat, qal dala, lay-lay! Ötən həftə Minskdə MDB dövlət başçıları Şurasının iclası keçirilib. Bu görüşdə liderlər bir sıra problemləri, o cümlədən dünya böhranı fonunda MDB çərçivəsində mal dövriyyəsinin azalmasını müzakirə ediblər, görüşün sonunda isə əməkdaşlığın, xüsusilə də kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında 14 sənəd imzalayıblar.
Lakin bu sammit daha bir qeyri-adi hadisə ilə yadda qalıb, daha dəqiqliklə, Belarusun ONT telekanalının kadrlarına Ermənistan prezidenti Serj Sarkisyan düşüb. 
Belə ki, Ermənistan prezidenti 3 il əvvəl ATƏT-in sammitində olduğu kimi bu dəfə də görüş vaxtı yuxuya gedir. Həmin xəbərlər buraxılışına baxmağa dəvət edirik. Yatmış Sərkisyanla olan kadrlar 2-ci dəqiqədən başlayır.

 





28.10.2013    çap et  çap et