Həmin əmlakların 17-si kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca, həmçinin ləğv edilmiş «Azərxalça» Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı da çıxarılıb. Həmin əmlaklara Hacıqabulda yerləşən «Hacıqabul sahəsinin əmlak kompleksi», Lerikdə yerləşən «Lerik xalça sexinin əmlak kompleksi» və digərləri daxildir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına «Salyan Kəndkimya», «Sabirabad Mexanikləşdirmə», «Xəzər Avtonəqliyyat» kimi səhmdar cəmiyyətlər daxildir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir.
Martın 7-də hərraca çıxarılacaq əmlaklarla http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1360 linkində tanış olmaq mümkündür.
Özəlləşdirilməsi təklif olunan obyektlər barədə daha ətraflı informasiya komitənin informasiya resursu olan (emdk.gov.az) və «privatization.az» saytında yerləşdirilib. Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərraclarda iştirak maksimum rahat və operativdir. Belə ki, portala daxil olmaqla hərraca çıxarılan müəssisə və obyektin start qiyməti, əvvəlcədən ödənilən 10 faiz beh məbləği, obyektin ünvanı, fəaliyyət sahəsi və s. barədə geniş məlumat almaq olar. İstənilən fiziki və hüquqi şəxs vaxt itkisi olmadan, portal üzərindən əmlak haqqında məlumatları oxuyub, şəkillərinə baxdıqdan sonra sifariş verməklə hərraclara qatıla bilər. Portalda, həmçinin özəlləşdirmə prosesi və ya hərraclarla bağlı yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədilə «onlayn məsləhət pəncərəsi » xidməti də fəaliyyət göstərir. Komitənin rəsmi «youtube» kanalını (https://goo.gl/OpYdB1) izləməklə keçirilən hərracların videogörüntüləri ilə yaxından tanış olmaq olar.
Hərraclarda iştirak etmək üçün portalda (privatization.az) əmlaka sifariş verdikdən sonra müvafiq hərrac komissiyasına sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd, komitə tərəfindən təsdiq edilmiş formada sifariş, komitə tərəfindən müəyyən edilmiş behin hesaba köçürülməsini təsdiq edən sənəd hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim edilməlidir. Qeyd edək ki, hərracda iştirak edən, lakin qalib olmayan şəxs hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edib hərracdan qabaq ödədiyi behi geri ala bilər.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər özəlləşməyə çıxarılan əmlakla tanış olmaq üçün ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilər. Ətraflı məlumat almaq üçün 193 saylı çağrı mərkəzi və ya 012 566-07-44 əlaqə nömrəsindən əldə etmək olar.
Hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlaklarının üstün cəhəti ondan ibarətdir ki, bu əmlaklar mülkiyyət sənədi (çıxarış) ilə təmin olunurlar. Bundan əlavə, həmin obyektlər orta və kiçik biznes qurmaq üçün tam əlverişlidir. Ümumiyyətlə, dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi sahibkarlığın inkişafına dəstək verir, bu sahəyə investorların cəlb edilməsinə şərait yaradır. Məhz özəlləşdirmənin əsas məqsədlərindən biri iqtisadiyyata xarici investorları cəlb etmək yolu ilə inkişafa nail olmaqdır.
ƏMDK sosial mediada, televiziya kanallarında hərracların geniş təbliğatını aparır, vətəndaşları, investorları özəlləşdirmə prosesində fəal iştirak etməyə və əmlak sahibi olmağa dəvət edir.