Vaxt.Az

Birgə bəyanat veriləcək


 

Prezident İlham Əliyevin Avropa İttifaqı rəhbərliyi ilə görüşü başlanır

Birgə bəyanat veriləcək Belçikada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı rəhbərliyi ilə görüşlər keçirəcək.

Avropa İttifaqınin mətbuat xidmətinin verdiyi məlumata görə, günorta saatlarında Azərbaycan prezidentinin Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşü planlaşdırılır. Sonra dövlət başçısı Aİ Şurasının prezidenti Donald Tuskla görüşəcək. Bu görüşün sonunda tərəflər mətbuata açıqlama ilə çıxış edəcəklər.

Daha sonra Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə bir araya gələcək.

 





06.02.2017    çap et  çap et