Vaxt.Az
«Ancaq ittihamlar...»
Qüdrət Həsənquliyev: «Başqa çarəmiz qalmayacaq»
Əli Kərimlini necə, idarə edə biləcək? Yox! İsa Qəmbəri idarə edə biləcək? Yox!» «Milli Şuranın namizədi Cəmil Həsənli deyir ki, Qarabağ problemi 20 ildir həll olunmur, amma özü onu necə həll edəcəyini demir». Bunu prezidentliyə namizəd, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mətbuata açıqlamasında dilə gətirib. «Mən də deyirəm ki, hamı bilir də, görür ki, torpaqlarımız işğal altındadır və problem öz həllini tapmır.Siz deyin ki, gəlib necə Qarabağı azad edəcəksiniz? Bu barədə bir kəlmə də demir. Ancaq ittihamlar...»- deyən prezidentliyə namizədin sözlərinə görə, ola bilsin ki, uzun illər ərzində insanlara aşılanıb ki, elə müxalifət yalnız problemlərdən danışmalıdır, müxalifət ittiham eləməlidir: «Amma biz insanlarımıza deyirik ki, biz, düşüncəmizi, həyatımızı, ölkəmizi dəyişməliyik... 22 sentyabr mitinqində Cəmil Həsənlini yanında, qadınların, uşaqların qarşısında necə təhqiramiz fikirlər, əxlaqdan kənar mövqe ortaya qoyuldu. Amma cəsarəti çatdımı onlara cavab versin? Səhər o insanları idarə edə biləcəkmi? Həmən o Rəsul Quliyevi, yanında bir Əvəz Temirxanı olan Lalə Şövkəti. Amma di gəl ki, onun hikkəsi, iddiası dünyaya sığmır. Yaxud Rəsul Quliyevi idarə edə biləcək, Cəmil Həsənli? Yox. Əli Kərimlini necə, idarə edə biləcək? Yox. İsa Qəmbəri idarə edə biləcək? Yox». Q.Həsənquliyev deyib ki, bu adamların özlərindən çox-çox böyük iddiaları və hikkələri var: «Belə insanlarla onun qurduğu hökumət insanları hara aparacaq? Uçurumun dibinə. Görün hələ indi onların səlahiyyətləri yoxdur, amma yenə bir-birilərinə qarşı hansı ağır ittihamlar səsləndirirlər. Biri digərinə «tula» deyir, «çaqqal» deyir, ünvanına təhqiramiz ifadələr işlədir. Bir-birilərini xəyanətdə, bacarıqsızlıqda ittiham edirlər. Görün səlahiyyətləri olsa nə edərlər. Bu baxımdan düşünürəm ki, seçicilər qutu başına emosiya ilə yox, sağlam düşüncə ilə gedəcəklərsə, bizim çox ciddi uğur qazanmaq imkanımız olacaq. Yox, yenə də dediyim kimi, emosiya altında, bax, «filankəs yaxşı söydü» deyib, məsələyə bu cür primitiv formada yanaşıb seçkiyə qatılacaqlarsa, əlbəttə, bizim acı təəssüf hissi keçirməkdən başqa çarəmiz qalmayacaq».
25.09.2013 çap et