Vaxt.Az

«İqtidar çalışmalıdır ki...»


 

Qüdrət Həsənquliyev səs verdi

«İqtidar çalışmalıdır ki...» Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə iştirak edib. BAXCP sədri qeydiyyatda olduğu 16 saylı Yasamal II Seçki Dairəsinin 20 saylı məntəqəyə gələrək, öz səsvermə hüququndan istifadə edib.
Səsvermədən sonra jurnalistlərə açıqlama verən Q.Həsənquliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə insan hüquqlarına hörmət edilən bir ölkə kimi tanınması üçün seçkilər beynəlxalq standartlara uyğun keçirilməlidir:
«Bu gün Azərbaycan Respublikasında baş tutan seçkilər elə keçirilməlidir, heç kim seçkilərin legitimliyini şübhə altına ala bilməsin. Ona görə ki, Azərbaycan xalqının Qarabağ kimi problemi var və bizim ölkənin beynəlxalq aləmdə imici çox yüksək olmalıdır. Qanunların aliliyinə, insan hüquqlarının hörmət edilən bir ölkə kimi beynəlxalq aləmdə tanınmalıdır. Bu baxımdan düşünürəm ki, iqtidar da Azərbaycan xalqı qarşısında öz məsuliyyətini başa düşür. İqtidar da çalışmalıdır ki, bu seçkilər beynəlxalq standartlara uyğun keçirilsin. Hər halda mən buna çox ümid edirəm. Günün sonunu gözləyək» - deyə, BAXCP sədri qeyd edib.
 





09.10.2013    çap et  çap et