Vaxt.Az

Donald Trampın baş müşaviri kimdir?


 

Amerika Rasputini, boz kardinal, yoxsa ABŞ-ın ən təhlükəli siyasi xadimi?

Donald Trampın baş müşaviri kimdir? ABŞ prezidenti Donald Tramp yenidən «The New York Times-ın üstünə düşüb: onlar «məqalə və qaynaq quraşdırırlar» (prezidentin Twitter-dəki mikrobloqundan sitat). Məhz «The New York Times» qəzeti bu günlərdə «Prezident Bennon» başlıqlı məqalə dərc edərək Donald Trampın seçki kampaniyası qərargahının keçmiş rəhbəri, indi isə ABŞ prezidentinin baş müşaviri və Milli Təhlükəsizlik üzrə Şuranın üzvü Stiven Bennonun Ağ Evdə oynadığı rola nisbətdə qalmaqallı müzakirəyə start verib.


Nəhs kuklaoynadan


Stiven Bennona daha hansı adı qoymayıblar: Amerika Rasputini, «Çay dəsgahı» ultramühafizəkar respublikaçı hərəkatın Leni Rifenştalı (30-40-cı illərdə III Reyxin məşhur təbliğatçısı, tanınmış kinorejissor – tərc.), boz kardinal, Trampın kuklaoynadanı, ABŞ-ın ən təhlükəli siyasi xadimi, Göbbels, dünyada ikinci ən nüfuzlu adam və s.

Məsələn, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt hesab edir ki, Tramp administrasiyasında məhz Stiven Bennon «ipləri dartır». Özü də o bu cür düşünməkdə tək deyil.

Amerika KİV-ləri Bennonun tərcümeyi-halının əsas məqamlarını diqqətlə araşdırıb. 1953-cü ildə İrlandiya katoliklərinin ailəsində anadan olub. Şəhər planlaşdırması üzrə bakalavr və milli təhlükəsizlik məsələləri üzrə magistr dərəcəsi alıb. Yeddi il donanmada, o cümlədən Fars körfəzində keçirib. Reyqanın pərəstişkarıdır.

Keçmişdə Harvardda MBA dərəcəsi alıb və Uoll-stritdə "Goldman Sachs" bankında işləyib. Özünün investisiya bankı var. Bennon – Hollivudda ssenariçi, kinoprodüser, 2012-ci ildən (tənqidçilər bu gün həm də «Trump Pravda» adlandırdığı) Breitbart News ultramühafizəkar resursun rəhbəridir.

2011-ci ildən Donald Tramp da Breitbart News-un pərəstişkarı olub. Tramp və Bennon 2011-ci ildə tanış olub, sonralar hərdən müxtəlif mühafizəakr görüşlərdə rastlaşaraq saytdakı məqalə və müsahibələri müzakirə ediblər. Tramp 2014-cü ildə resursun radio-şousunda tez-tez qonaq olub, artıq seçki kampaniyasının gedişində Bennonu rəsmən öz komandasına dəvət edib.


«Susun və dinləyin»: Trampın müşavirinin Amerika KİV-lərinə resepti


Bennonun fiktincə, Amerikanın ənənəvi əxlaqi dayaqlar və «iudaist-xristian dəyərləri»nə qayıdışının vaxtıdır. Əleyhdarları irqçilik, homofobiya, seksizm, antisemitizm, islam xofu və sairi Bennonun ayağına yazırlar. Bennonu Trampın yeddi müsəlaman ölkəsindən mühacirlər haqda sərəncamının ideoloqlarından biri sayır və qeyd edirlər ki, onu özünü baş müşaviri etmiş və bütün ənənələrə rəğmən Milli Təhlükəsizlik məsələləri üzrə Şuranın daimi üzvü etmiş prezidentə böyük təsiri var.

Bennonun özü isə 2016-cı ildə seçkiqabağı kampaniya zamanı bildirib: «Tramp, sadəcə, (məqsədlərimizə yetmək üçün) alətdir. Mən hətta onun bunu dərk edib-etmədiyini bilmirəm».

Bennonun fikrincə, ABŞ-ın tarixində və bütün dünyada dönüş məqamı çatır: «Bizdə inqilab olub, vətəndaş müharibəsi, Böyük depressiya və İkinci Dünya savaşı olub. Hazırda Amerika tarixində dördüncü böyük dönüş yetişib».

KİV və jurnalistlərin tənqid qasırğasına gəlincə, «The New York Times»a müsahibədə onlara, sadəcə, susmağı tövsiyə edib: «Amerika KİV-ləri hazırda müxalifət partiyasıdır. Onlar ölkəmizi başa düşmürlər. İndiyə kimi başa düşməyiblər ki, Donald Tramp niyə ölkə prezidenti olub. Onlar alçalma və rüsvayçılıqdan keçməli, susmalı və deyilənləri dinləməlidir».


Əfsanə və miflər dünyasında


KİV-lər Bennonun cari fəaliyyətini mikroskop altında nəzərdən keçirir. Əksəriyyəti yazır ki, Bennon asta-asta can atır, lakin tərəfdaşlıqda və yaxud bütün oxları öz üzərinə qəbul edən daha güclü oyunçuların kölgəsində irəli getməkdə inadcıldır və öz məqsədlərinə nail olur. Lakin Bennonun şəxsiyyət kimi formalaşmasına əvvəllər nəyin təsir etdiyinə  də nəzər salmaq maraqlıdır.

Onu çoxdan tanıyanlar qeyd edirlər ki, Bennon hərb tarixi, hərbi strategiya, üsyançılarla, xarici millətçi cərəyanlarla  mübarizəyə mübtəladır.

Lenin və sadəcə filosof və tarixçi olmaq istəyən, amma XX əsrdə Vyetnamın ən məşhur sərkərdəsi olmuş Vyetnam hərbçisi və tarixçisi Vo Nquen Ziap onun hörmət bəslədiyi xadimlər içindədir. Ziap – Qırmızı Napoleon həmçinin qar altındakı Vulkan ayamasını qazanıb. Ziap da Lenin kimi Bennonun diqqətini özünün kommunist baxışları ilə deyil, enerji, inadcıllıq və amansızlığı, həmçinin Vyetnamı faktiki olaraq Fransa və ABŞ üzərində qələbəyə apardığı faktı ilə cəlb edib.

Bennonun köhnə rəfiqəsi və həmkarı Culiya Consun sözlərinə görə, Bennonun sevimli kitabları Sun Szının «Müharibə məharəti» və Bhaqavad-qitadır. O hələ Hollivudda işlərkən tez-tez və sevgi ilə bu kitablardan sitatlar gətirib, dharma (qədim hind fəsləfi-dini anlayışı: varlığın universal qanunu – tərc.) haqda xeyli mülahizə yürüdüb. Consun fikrincə, Bennon militaristdir və müharibə onun üçün poeziyadır. O, Qədim Yunanıstan və Romadan başlayaraq bütün müharibə və döyüşləri araşdırıb, Mark Avreli və Yuli Sezarın şəxsiyyətlərinə mübtəladır. Peleponnes müharibəsi və Spartanın Afina üzərində qələbəsi isə onda xüsusi ruh yüksəkliyi doğurub. Hətta bir zamanlar kompüterindəki parol  «Sparta» idi.

Bennon hələ ssenarilər yazarkən Когда Şekspirin «Koriolan faciəsi»ni rep-müziklə çevirib və süjeti 1992-ci ilə qiyam etmiş Los-Ancelesə keçirib. Şekspirin «Tit Andronik» faciəsinin süjeti Bennonun ssenarisi üzrə kosmosda baş verir, iştirakçı şəxslər isə təcavüzkar kosmik bədheybətlər idi. Bennonun kosmosu müharibə, qisas, siyasət, açıq-saçıq səhnələr və melodramla doludur.

Cons hesab edir ki, Bennon üçün həyat O-Key mərcan qayaları yanındakı məşhur atışma haqdakı vesternlərdəki hadisələr kimidir. Və bundan sonra vəhşi Qərbə qanun və asayiş gəlir. Kosmik düzən saxlanmalıdır. Həm də Bennon bunun baş tutmağına yardım edəcək.


Stəkanda, yoxsa planetdə fırtına?


Bennon 2013-cü ildə qızı Morin Bennonun fotoşəklini xüsusi fəxrlə göstərib. Morin ABŞ-ın Vest-Poyntdakı Hərbi Akademiyasını qurtarıb və İraqda 101-ci hava-desant diviziyasında xidmət edib. O, fotoşəkildə əlində avtomat Səddam Hüseynin qızıl taxtında əyləşib.

1979-cu ildə İranda girovlar böhranı baş verərkən ABŞ-ın inamsız hərəkətləri o vaxt Fars körfəzində donanmada xidmət edən gənc Bennonu olduqca dilxor etmişdi. İndi görürük ki, ABŞ və İranın rəsmi münasibətləri sürətlə korlanır.

Vaşinqtonun İslam ölkələri, mühacirlər və terrorizmə münasibətdə rəsmi ritorikası getdikcə daha təcavüzkar olur. Və ola bilsin, səbəb budur ki, Bennon dünyanın cari geopolitik durumunu Qərbin «cihadçı faşizm»lə final, ekzistensial və epik döyüşü kimi görür?

İslamçıların özləri də yekun qarşıdurmanı, təxminən, bu cür qiyamət çalarında təsvir edirlər. Həm də antaqonistlərin dünyagörüşü bu baxımdan üst-üstə düşür və bu, adi adamları qorxutmaya bilməz. (strateq.az)

 





09.02.2017    çap et  çap et