Strateq.az SPA-ya istinadla xəbər verir ki, kral Salman söhbətə R.Tillersonu təbrik etməklə başlayıb və öz növbəsində yeni dövlət katibi regionda sabitliyin təmin olunmasında Səudiyyə Ərəbistanının səylərini alqışlayıb.
R.Tillerson regionda ekstremizm və terror fəaliyyətinə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.
Həmçinin iqtisadi əlaqələrin genişləndirilməsi barədə danışılıb.
Tillerson və kral Salman iqtisadi, təhlükəsizlik və strateji sahələri əhatə ABŞ və Səudiyyə Ərəbistanı arasında xüsusi tarixi münasibətləri nəzərdən keçiriblər.