Məsələ ilə bağlı deputat Siyavuş Novruzov Modern.az-a açıqlama verib. O, bildirib ki, səhhəti ilə bağlı yayılan xəbərlər doğru deyil.
«Səhhətimlə bağlı yayılan xəbərlər doğru deyil. Sadəcə, deputatların qış tətili zamanı məzuniyyətimi daha yaxşı keçirmək qərarına gəldim. Həm də ötən il keçirilən referendumla əlaqədar yay tətilində dincələ bilməmişdim. İşlərim çox olduğundan məzuniyyətə vaxt ayırmaq imkanım olmamışdı. Bu səbəbdən 2017-ci ilin əvvəlində məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim».
YAP rəsmisi, son vaxtlar telefonlara cavab verməməsinə də aydınlıq gətirib.
«Telefonlara cavab verməməyimin səbəbi sırf istirahətimlə bağlı idi. Məzuniyyətdə oldun gərək telefonu söndürəsən. O zaman normal istirahət də etmək olur. Normal dincələndən sonra yeni enerji ilə işə başlamaq lazımdır. Səhhətimdə ciddi xəstəlik yoxdur. Hər şey qaydasındadır».