Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, bu dəqiqələrə Yerevanda Xüsusi İstintaq Xidmətinin binası qarşısında Sarkisyana dəstək olaraq piket keçirilir. Etirazçılar onun təcili azad olunmasını tələb edirlər.
Nümayişçilərin arasında SSRİ-nin xalq artisti Frunzik Mkrtçyanın həyat yoldaşı Tamara Ovanisyan, «Təsisedici parlament»in mətbuat katibi Syuzan Simonyan kimi tanınmış simalar da var.
Xatırladaq, Artur Sərkisyan keçən ilin iyulunda şəxsi maşınında polis kordonunu yararaq alayı tutmuş «Sasna Tsrer» üsyançılarına yemək və tibbi ləvazimatlar çatdırmışdı.