Vaxt.Az

FTX xəfiyyələri əmr gözləyir


 

Rusiya agentləri mühacir cildində Avropaya səpələnib

FTX xəfiyyələri əmr gözləyir Federal Təhlükəsizlik Xidmətinin Rusiyadan qaçan zabiti deyib ki, həmin xidmət öz casuslarını mühacir adı ilə yollayaraq Avropada öz agentura şəbəkəsini yaradıb.

Modern.az bildirir ki, Almaniyanın «Die Welt» qəzetinin yazdığına görə, ZDF televizya kanalında bununla bağlı sənədli film nümayiş olunub.

Filmdə özünü Federal Təhlükəsizlik Xidmətinin polkovniki kimi təqdim edən kişinin sözlərinə görə, 2002-ci ildə Çeçenistan sakininin Avropada sığınacaq alması üçün vətənlərində guya siyasi təqiblə üzləşdikləri haqda «saxta sənəd»lə təmin olunub.

Kişinin sözlərinə görə, bu agentlərin hamısı rejimin tənqidçilərinin və potensial islamçıların izlənilməsi ilə məşğul olur, ehtiyac yarananda Kremlin maraqlarına uyğun olaraq siyasi vəziyyətə təsir göstərmək üçün işə başlayacaqlar.

Filmdə həm də Kil şəhərindəki çeçen mədəniyyət cəmiyyətinin sədri Timur Duqazaevlə müsahibə də göstərilib. O, Federal Təhlükəsizlik Xidməti ilə əlaqəsini təkzib edib, lakin həmvətənlərini izləyərək topladığı informasiyaları Çeçenistan rəhbərliyinə ötürdüyünü boynuna alıb.

«Die Welt» Almaniya əks kəşfiyyatının rəhbəri Xans-Qeorq Maasseinin də fikirlərinə yer verib. O, hesab edir ki,Federal Təhlükəsizlik Xidməti məqsədyönlü şəkildə radikal islamçılarının Almaniyaya axınını təşkil edir. Məqsəd isə bu ölkədə vəziyyəti gərginləşdirməkdir.

 





11.02.2017    çap et  çap et