Vaxt.Az

Türkiyə hərbçiləri El Babda


 

İŞİD-lə qarşıdurma şiddətlənib

Türkiyə hərbçiləri El Babda Türkiyə əsgərləri və suriyalı müxaliflərin bu gün qəsəbə mərkəzinə girdiyi El Babdan son dəqiqə xəbərləri gəlməyə davam edir. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, son xəbərlərə görə, El Babda terror təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) ilə şiddətli qarşıdurmalar yaşanır.

Məlumatda qeyd edilir ki, «Fərat Qalxanı» Hərəkatına qatılan Türkiyə əsgəri və müttəfiq müxaliflər, qəsəbəyə qərbdən girib və bəzi sahələri nəzarət altına alıb.

Açıqlamada qəsəbədə İŞİD ilə sıx qarşıdurmaların davam etdiyi bildirilir.

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahından verilən məlumata görə, döyüşlərdə 1 hərbçi şəhid olub, daha bir nəfər yaralanıb.

«Associated Press»in xəbərində isə Türkiyə dəstəkli Əhrar əl Dəməşq nümayəndələrinin El Babın cənub-qərb məhəllələrindəki anbarları və idman kompleksini ələ keçirdiyi bildirilir.

İŞİD-in  Suriyadakı qalası mövqeyindəki Rakka ilə Hələb arasındakı marşrutda olan El Bab strateji əhəmiyyətə malikdir.

 





11.02.2017    çap et  çap et