«Bundan sonra hansı işlə məşğul olacaqsınız? - sualına sabiq nazir belə cavab verib: «Hələ sərəncamla tanış olmamışam. Oxuyum sonra bu barədə danışarıq».
Keçmiş nazir müsavat.com-a da açıqlama verib. Bunları deyib: «Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq». Sabiq nazir «indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı» sualına belə cavab verib: «Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil».
***
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, İlham Əliyevin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.