Vaxt.Az

Maykl Flinn istefa verib


 

Ağ Ev məlumatı təsdiqlədi

Maykl Flinn istefa verib «CNN» Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin istefa verdiyini açıqlayıb. Strateq.az xəbər verir ki, M.Flinin istefası ABŞ Ədliyyə Nazirliyinin xəbərdarlığından sonra baş verib. Nazirlikdən D.Tramp administrasiyasına bildirilib ki, Ağ Ev müşavirinin Rusiya səfiri ilə telefon danışığı Kreml tərəfindən şantaj üçün əsas ola bilər.

«Mən ehtiyatsızlıq edib Rusiya səfiri ilə telefonla danışığım barədə vitse-prezidenti məlumatlandırdım. Səmimi şəkildə prezident və virse-prezidentdən üzr istədim. Onlar üzrxahlığımı qəbul etdilər», – deyə M.Flinn bildirib.

Ağ Ev M.Flinnin istefa xəbərini təsdiqləyib.

Mətbuat xidmətindən bildirilib ki, prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq general-leytenant Kit Kelloqq icra edəcək.

«CNN»in məlumatına görə, M.Flinnin xələfi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Deyvid Petreus və ya sabiq vitse-admiral Bob Harvard ola bilər.

Yaxın saatlarda, yenə də «CNN»in iddiasına görə, D.Petreusun Ağ Evdə D.Trampla görüşəcəyi bildirilir.

«Washington Post»un iddiasına görə, yanvarın 20-də keçirilmiş inauqurasiyadan çox-çox əvvəl, dekabr ayında M.Flinn və Rusiya səfiri Sergey Kislyak arasında baş tutan telefon söhbətdə sanksiyaların ləğv edilməsi məsələsi müzakirə olunub.

Nəşrin iddiasına görə, bu söhbət Ağ Evdə heç də xoş qarşılanmayıb.

Kreml «The Washington Post»un məlumatını təkzib edib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, onun bildiyi qədər, M.Flinnlə S.Kislyak arasında telefon söhbətləri olub. «Amma yaxşı olar ki, bununla bağlı XİN münasibət bildirsin».

 





14.02.2017    çap et  çap et