Qeyd edək ki, AMB-nin İdarə Heyətinə üzvlər Milli Məclisin qərarı ilə 5 il müddətinə seçilir.
A. Quliyev sonuncu dəfə 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.
V.Xubanov 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü, A.Babayev isə üçüncü dəfə bu vəzifəyə layiq görülüb.
Xatırladaq ki, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə E.Rüstəmov 5 il müddətinə Mərkəzi Bankın sədri, X. Abdullayev isə Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilib.
Böyük ehtimalla, Milli Məclis bu ay AMB-nin İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxacaq.