Başqa sözlə, OPEC ölkələri sutkalıq hasilatı 1,078 mln. barel azaldıb. Halbuki yanvar ayı üzrə hədəf 1,164 mln. barel/sutkada olub.
Kartelə daxil olmayan ölkələr isə yanvarda hasilatı 558 min barel azaltmalı olduğu halda, sutkalıq hasilatı cəmi 270 min barel azaldıb. Beləliklə, öhdəliyə 48 faiz əməl edilib.
«Bloomberg» agentliyinin OPEC və Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi rəqəmlərə əsasən tərtib etdiyi cədvəldən məlum olur ki, Azərbaycan yanvar ayında sutkalıq 808 min barel neft hasil edib.