Argentinanın Rusiyadakı səfiri Pablo Anselmo Tettamanti vəzifəsindən azad olunacaq. «Qafqazinfo»nun TASS-a istinadən verdiyi xəbərə görə, müvafiq fərman Argentina hökumətinin rəsmi saytında yerləşdirilib.Sənəddə qeyd olunur ki, səfirə Xarici İşlər Nazirliyində vəzifə veriləcək. Yeni səfirin kim olacağı haqda məlumat yoxdur.
«Ambito» qəzetinin məlumatına görə, Tettamantinin XİN-ə təyinatı xanımı Elida de Biançettinin «Facebook» hesabında Argentina prezident Maurisimo Makrinin siyasətini tənqid etməsi ilə bağlı ola bilər.
çap et