ABŞ prezidenti Donald Tramp Rusiyanın Krımı Ukraynaya qaytaracağını gözləyir. Virtualaz.org «DW»yə istinadən bildirir ki, bunu ABŞ administrasiyasının rəsmi nümayəndəsi Şon Spayser fevralın 14-də keçirdiyi brifinqdə deyib.
«Donald Tramp açıq şəkildə işarə etdi ki, Rusiya hökumətindən Ukraynada zorakılığa son qoymasını və Krımın qaytarılması üzrə addım atmasını gözləyir», - deyə Spayser bildirib.
Ş.Spayser sonra onu da əlavə edib ki, eyni zamanda, prezident Rusiya ilə dostluq şəraitində yaşamaq istəyir və o cür də münasibət gözləyir.
çap et